Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. İKT sektorunun müasir vəziyyətinin təhlili və onun post koronavirus pandemiyası dövrü üçün perspektiv inkişaf istiqamətləri / Ə.Q. Əliyev // AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası. . - 2020. - N: 1. - S. 68-78.
 Annotasiya
 Məqalə Azərbaycan iqtisadiyyatının tərkib hissələrindən biri olan İKT sektorunun müasir vəziyyətinin təhlilinə və onun post koronavirus pandemiyasi dövrü üçün perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdur. Göstərilmişdir ki, son illərin qlobal iqtisadi böhranı İKT, telekommunikasiya və kompüter texnikası sahəsini dördüncü sənaye inqilabının çağırışlarına müvafiq olaraq dünya iqtisadiyyatının əsas istesal və xidmət sektoruna çevrilmiş, 2020-ci ilin əvvəllərindən başlayan koronavirus pandemiyası isə bu sahələrin əhəmiyyətinin nə qədər mühüm olduğunu bir daha sübut etmişdir. İKT-nin müasir formalaşma və inkişaf problemlərinin tədqiqi səviyyəsi təhlil olunmuşdur. Azərbaycan iqtisadiyyatında İKT sferasının rolu və yeri rəsmi statistik məlumatlar əsasında tədqiq edilmişdir. Son dövrlər üçün ÜDM-in və adambaşına ÜDM-in artım tempi, həmçinin ÜDMdə neft və qeyri neft bölməsinin pay dinamikasının iqtisadi analizi aparılmışdır. İKT sektorunda infrastruktur və institutsional formalaşma problemlərı araşdırılmışdır. Təhliliər nəticəsində post koronavirus pandemiyası dövrü üçün İKT sektorunun innovativ inkişaf istiqamətləri üzrə təklif və tövsiyələr verilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu