Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Imamverdiyev , Y.N. COVID-19 pandemiyası dövründə kibertəhlükəsizlik problemlərinin analizi / Y.N. Imamverdiyev // İnformasiya Cəmiyyəti Problemləri. - 2020. - N: 2. - S. 12–22.
 Annotasiya
 Hazırda dünya bu əsrin ən pis pandemiyalarından birini yaşayır. Bu dövrdə kibertəhlükəsizlik daha böyük əhəmiyyət qazanır, çünki pandemiya zamanı kibermühit bədniyyətli aktorlar üçün olduqca əlverişlidir. Cəmiyyət bu pandemiya zamanı kiberhücumların böyük artımı ilə qarşılaşır. Bu məqalədə COVID-19 pandemiyası zamanı kibertəhlükəsizlik təhdidlərinin ümumi mənzərəsi analiz edilir, fərdi məlumatların təhlükəsizliyinin qanunvericilik və texnoloji aspektlərinə baxılır, pandemiyanın rəqəmsal monitorinqi sistemlərində meydana çıxan yeni kibertəhdidlər diqqətə çatdırılır və qısa təsvir edilir. İnfodemiya ilə mübarizə tədbirləri və bu məsələdə sosial medianın rolu araşdırılır. Nəhayət, evdən iş konsepsiyasının tətbiqi ilə əlaqəli kibertəhlükəsizliyin təmin edilməsi üzrə istifadəçilər və təşkilatlar üçün tövsiyələr və kibertəhlükəsizlik infrastrukturunun modernləşdirilməsi üzrə təkliflər işlənir. Məqalədə sistemləşdirmə, ümumiləşdirmə, təsnifləndirmə və müqayisəli kritik analiz metodları istifadə edilmişdir. Alınmış nəticələrin COVID-19 pandemiyası və postpandemiya dövründə təşkilatlarda kibertəhlükəsizlik sistemlərinin yeni tələblər baxımından təkmilləşdirilməsi işində olduqca faydalı olacağı gözlənilir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu