Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Ağayev , B.S. Dəqiqlik meyarına görə akustik küy monitorinqi metodikasının seçilməsi haqqında / B.S. Ağayev // İnformasiya Texnologiyaları Problemləri. - 2020. - N: 2. - S. 61–71.
 Annotasiya
 Məqalə ətraf mühitin akustik küy çirklənməsi problemlərinin araşdırılmasına həsr edilmişdir. Bu problemlərin həllinin aktuallığı və qlobal əhəmiyyəti əsaslandırılır. Akustik küy monitorinqinin ekoloji monitorinq iyerarxiyasında yeri göstərilir. Küyün fiziki mahiyyəti, insan sağlamlığı üçün yaratdığı potensial təhlükələr, küy parametrlərinin normalaşdırılması problemlərinin qısa şərhi verilir. Küy monitorinqi prosesinin məqsəd və təyinatı, o cümlədən ərazi-planlaşdırma layihə sənədləri toplusunun “Küydən mühafizə” bölməsinin formalaşdırılmasında monitorinq nəticələrinin rolu, küy göstəricilərinin ölçülməsi və hesablanması, monitorinq nəticələri əsasında ərazinin küy xəritələrinin tərtib edilməsi metodikası araşdırılmışdır. Küy monitorinqinin aparılmasına aid beynəlxalq və MDB ölkələrində istifadə edilən standartların müqayisəsi aparılmış, hansı standartın tələblərinin küy göstəricilərini daha dəqiq hesablamağa imkan verməsi müəyyənləşdirilmişdir. Seçilmiş standart əsasında küy monitorinqinin aparılması üçün alqoritm təklif edilmişdir. Məqalənin hazırlanmasında sistemli yanaşmanın ümumelmi metod və metodologiyalarından, o cümlədən elmi analiz və sintez, müqayisə, nəticələrin ümumiləşdirilməsindən istifadə edilmişdir. Tədqiqatın nəticələrindən ərazilərin diskomfort küy zonalarının aşkarlanması məqsədilə akustik küy monitorinqinin aparılmasında, monitorinq nəticələrinə əsasən ərazinin küy xəritələrinin tərtib edilməsində, küy çirklənməsi səviyyəsinin azaldılması üçün müvafiq mühafizə tədbirlərinin həyata keçirilməsi işində istifadə edilə bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu