Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Imamverdiyev , Y.N. Neft-qaz sənayesi üçün rəqəmsal əkizlərin konseptual modeli / Y.N. Imamverdiyev // İnformasiya Texnologiyaları Problemləri. - 2020. - N: 2. - S. 41–51.
 Annotasiya
 Neft-qaz şirkətləri karbohidrogen ehtiyatlarının strukturunun pisləşməsi, enerji resurslarının qiymətinin dəyişkənliyi və kəskin ucuzlaşması şəraitində rəqabət üstünlüyünü qorumaq üçün Sənaye 4.0 texnologiyalarının tətbiqinə ümid edirlər. Sənaye 4.0 yanaşması əsasında yaradılan “Neft və qaz 4.0” konsepsiyası da son 2-3 ildə şirkətlərin gündəliyindədir. “Neft və qaz 4.0” hələlik ilkin mərhələdədir və onun baza texnolgiyalarından biri kimi rəqəmsal əkiz texnologiyası böyük diqqət çəksə də, onun neft və qaz əməliyyatlarına dəyər əlavə etmək üçün necə istifadə edilə biləcəyi ilə bağlı bir sıra anlaşılmazlıqlar qalmaqdadır. Rəqəmsal əkiz – real fiziki obyektin (mədənin, quyunun, avadanlığın və ya infrastruktur elementinin), məhsulun və ya prosesin virtual prototipidir, onun əsas mahiyyəti rəqəmsal verilənlərin toplanması və fiziki obyektin monitorinqi, idarə edilməsi və qəbul edilmiş qərarların optimallaşdırılması üçün istifadəsindən ibarətdir. Rəqəmsal əkizlərin bir sıra sənaye sahələrində uğurla tətbiq edilməsinə baxmayaraq, neft-qaz sənayesi bu texnologiyanı yalnız indi mənimsəməyə başlayır və bununla bağlı bir sıra məsələlərin həlli aktuallaşır. Bu işin məqsədi neft-qaz sənayesi üçün rəqəmsal əkiz modelinin qurulması problemlərinin analizi və rəqəmsal əkizlər üçün ümumiləşdirilmiş konseptual modelin işlənməsidir. Neft-qaz sənayesində rəqəmsal əkizlərin tətbiqi informasiya texnologiyalarının və əməliyyat texnologiyalarının inteqrasiyası məsələsi kimi analiz edilir. Rəqəmsal əkizin təklif edilmiş modelinə daxil olan verilənlərin menecmenti sistemi, virtual obyekt və vizuallaşdırma sisteminin komponentləri ətraflı təsvir olunur. Verilənlərin, proseslərin və virtual obyektə daxil olan modellərin idarə edilməsi üçün mərkəzləşdirilmiş sistemlər istifadə edilir. Modellər maşın təlimi vasitəsilə öyrədilir, həmçinin ekspertlərin və oxşar rəqəmsal əkizlərin biliklərindən də yararlana bilərlər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu