Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Mahmudov , R.Ş. Açiq dövlət məlumatlarinin dəyərə çevrilməsi məsələləri / R.Ş. Mahmudov // İnformasiya cəmiyyəti problemləri. - 2021. - N: 2. - S. 131-144.
 Annotasiya
 Son illər açıq dövlət məlumatlarına maraq sürətlə artmaqdadır. Artıq bir çox maraqlı tərəflər - dövlətlər, biznes, vətəndaş cəmiyyəti qurumları hesab edirlər ki, bu məlumatlar Big Data analitikasının tətbiqi ilə bir sıra faydalı məqsədlər üçün istifadə edilməklə dəyərə çevrilə, idarəetmənin, iqtisadi fəaliyyətin səmərəliliyinin artırılmasında, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynaya bilər. Maraqlı tərəflərin hər biri öz fəaliyyət istiqamətlərinə uyğun dövlət məlumatlarından səmərəli şəkildə istifadə etməyə çalışırlar. Lakin açıq dövlət məlumatlarının dəyərə çevrilməsi, əlyetərliliyinin, sərbəst şəkildə istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra hüquqi, təşkilati, iqtisadi, metodoloji, sosial-mədəni problemlər mövcuddur. Məqalədə açıq dövlət məlumatlarının mahiyyəti, xüsusiyyətləri, dəyəryaratma potensialı göstərilir. Açıq dövlət məlumatları sahəsində beynəlxalq təşəbbüslər, qabaqcıl ölkələrin, eyni zamanda, Azərbaycanın atdığı addımlar, həyata keçirdiyi tədbirlər analiz edilir. Açıq dövlət məlumatlarının maraqlı olan tərəflərin – dövlətin, biznes və vətəndaş cəmiyyəti qurumlarının, medianın, tədqiqatçıların həmin aktivlərin dəyərə çevrilməsində rolu şərh olunur. Həmçinin müvafiq məlumatların dəyərə çevrilməsinə təsir göstərən texniki, iqtisadi, sosial-mədəni və siyasi amillər xarakterizə edilir. Eləcə də, müvafiq metodların analizi əsasında açıq dövlət məlumatlarının dəyərə çevrilməsinin qiymətləndirilməsi meyarları müəyyən olunur. Əyani misallarla açıq dövlət məlumatlarının dövlət və biznes üçün yaratdığı dəyərlər göstərilir. Eyni zamanda, açıq dövlət məlumatlarının dəyərə çevrilməsinə əngəl olan problemlər müəyyən edilmiş və onların həlli yolları göstərilir. Tədqiqat işində analiz, sintez, ümumiləşdirmə, sistemli yanaşma, multidissiplinar yanaşma, hüquqi normaların şərhi kimi metodlardan istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr Azərbaycanda açıq dövlət təşəbbüslərinin effektli şəkildə həyata keçirilməsi, eləcə də, maraqlı tərəflərin bu məlumatları dəyərə çevirmələri üçün müvafiq strategiyaların hazırlanması və reallaşdırılmasında istifadə edilə bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu