Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Yusifov , F.F. E-idarəetmədə fərdi məlumatlarin qorunmasi: “Data səfirliyi” konsepsiyasi / F.F. Yusifov , A.C. Fərəcova // İnformasiya cəmiyyəti problemləri. - 2021. - N: 2. - S. 119-130.
 Annotasiya
 Məqalədə e-idarəetmədə fərdi məlumatların qorunması sahəsində beynəlxalq təcrübə araşdırılmış və ümumiləşdirmələr aparılmışdır. E-idarəetmədə məlumatların təhlükəsizliyinin təmin olunması sahəsində bir sıra ölkələrin təcrübəsi, o cümlədən Estoniya hökumətinin qəbul etdiyi “Data səfirliyi” konsepsiyası tədqiq olunmuşdur. “Data səfirliyi” konsepsiyası hökumətin yerli məlumat mərkəzlərinin fəaliyyətinin təbii fəlakət, geniş miqyaslı kiberhücum və ya digər böhran vəziyyətində dayandırıldığı bir şəraitdə fəaliyyətini davam etdirməsinə imkan verir. Bununla yanaşı, “Data səfirlikləri” daha yüksək əlyetərlilik zəmanəti versə də, bəzi verilənlərin və ya xidmətlərin qorunması, məlumatın məxfiliyi və bütövlüyü ilə bağlı problemlər səbəbilə hazırda fərdi (xüsusi) buludda yerləşdirilməsi mümkün deyil. Azərbaycanda fərdi məlumatların qorunması sahəsində mövcud vəziyyət və hökumət buluduna keçid prosesi analiz olunmuşdur. Hökumət buludu konsepsiyası dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəzi infrastrukturunda dayanıqlı, çevik, təhlükəsiz və səmərəli fəaliyyətinə zəmin yaradır. Hökumət buluduna keçidin mühüm komponetlərindən biri təhlükəsizliyin təmin olunmasıdır. Məqalədə Milli Data mərkəzinin arxitekturunun həm fiziki, həm də kibertəhlükələrə qarşı təhlükəsizlik tədbirləri göstərilmişdir. Beynəlxalq təcrübədə məlumatların buluda ötürülməsi və təhlükəsizliyinin təmin olunmasına dair müxtəlif yanaşmalar olmasına baxmayaraq, rəqəmsal fasiləsizlik təşəbbüsü dövlət xidmətlərinin əlyetərli olmasını, real vaxtda və istənilən vəziyyətdə istifadə oluna bilməsini və yenilənməsini tələb edir. Hökumət buluduna keçid səmərəli e-idarəetmə mexanizmlərinin işlənməsinə, məlumat mübadiləsinin təhlükəsizliyinin təmin olunması üçün təhlükəsizlik həllərinin işlənməsinə və fərdi məlumatların qorunmasına, e-xidmətlərin keyfiyyətinin artırılmasına və vətəndaş məmnuniyyətinin yüksəldilməsi imkan verəcəkdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu