Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Hacırəhimova , M.Ş. Big Data erasinda rəqəmsal demoqrafiyanin formalaşmasi xüsusiyyətləri / M.Ş. Hacırəhimova , A.S. Əliyeva // İnformasiya texnologiyaları problemləri. - 2021. - N: 2. - S. 74-88.
 Annotasiya
 Məqalə big data inqilabı şəraitində rəqəmsal demoqrafiyanın formalaşması məsələlərinə həsr olunmuşdur. İnternetin və rəqəmsal texnologiyaların geniş yayılması demoqrafiya sahəsində yeni istiiqamətin – rəqəmsal demoqrafiyanın yaranmasına səbəb oldu. Rəqəmsal demoqrafiya İnternet şəbəkəsindəki rəqəmsal izlərin analizi yolu ilə demoqrafik prosesləri öyrənir. O, müasir dünyada baş verən sosial və demoqrafik proseslərin daha yaxşı başa düşülməsi və dərin tədqiqi üçün mobil telefon, sosial media və ya peyk məlumatları kimi yeni verilənlər mənbələrinin istifadəsinə imkan verir. Eyni zamanda rəqəmsal verilənlərin artan istifadəsi demoqrafiya elmini yeni bir verilən paradiqması ilə üz-üzə qoyur. Big data və ya verilənlər elmi (ing. data science) adlandırılan bu yeni paradiqmanın ziddiyyətli keçid xüsusiyyətləri rəqəmsal demoqrafiyanın formalaşmasına öz təsirini göstərir. Məqalədə böyük verilənlər paradiqmaları və onların demoqrafiya elminin inkişafındakı rolu tədqiq olunmuşdur. Böyük verilənlər inqilabının yaratdığı yeni verilənlər mənbələrinin demoqrafik prosesləri başa düşmək üçün təqdim etdiyi imkanlar və bu mənbələrin istifadəsilə bağlı yaranan problemlər araşdırılmışdır. Sonda Big data mühitində rəqəmsal demoqrafiyanın inkişaf perspektivləri nəzərdən keçirilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu