Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Mahmudova , R.Ş. İnformasiya cəmiyyət mühitində bəzi informasiya təhlükəsizliyi problemlərinin analizi / R.Ş. Mahmudova , K.Q. Daşdəmirova // İnformasiya Cəmiyyəti Problemləri. - 2021. - N: 2. - S. 83–94.
 Annotasiya
 Hazırda əhalinin böyük hissəsi informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə vitrual mühitə inteqrasiya olunur və informasiya cəmiyyətinin vətəndaşına çevrilir. Cəmiyyətdə informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya cəmiyyətində şəxsin, cəmiyyətin, dövlətin maraqlarının qorunması və informasiya təhlükəsizliyinin təmin olunması zəruriyyətini önə çıxarır. Tədqiqat işində informasiya cəmiyyəti mühitində şəxsin, cəmiyyətin və dövlətin maraqlarına təsir göstərə bilən təhdidlər analiz olunmuş, informasiya təhlükəsizliyinin əsas prinsipləri, onun təmin edilməsinin bəzi metodları tədqiq edilmişdir. İnformasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində xarici ölkələrin təcrübəsi araşdırılmış, Azərbaycanda informasiya təhlükəsizliyinin hüquqi təminatı sahəsində görülmüş işlər və aparılan elmi-nəzəri tədqiqatlar araşdırılmışdır. Tədqiqat işində müqayisəli analiz, monitorinq, təsnifatlandırma kimi tədqiqat metodlarından istifadə olunmuşdur. Tədqiqatdan əldə edilən ilkin nəticələr informasiya cəmiyyəti mühitində informasiya təhlükəsizliyi problemlərinin daha geniş tədqiq olunması üçün faydalıdır və informasiya təhlükəsizliyi problemlərini araşdıran tədqiqatçılar tərəfindən mənbə kimi istifadə oluna bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu