Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliquliyev , R.M. Vulqarizmlərin maşın təlimi əsasında aşkarlanmasına bir yanaşma / R.M. Əliquliyev , F.C. Abdullayeva , S.S. Ocaqverdiyeva // İnformasiya Texnologiyaları Problemləri. - 2021. - N: 2.- S. 89–98.
 Annotasiya
 Məqalədə veb-kontentlərdə vulqarizmlərin maşın təlimi əsasında aşkarlanması üçün bir yanaşma işlənmişdir. Veb-səhifələrdə zərərli məzmun daşıyan kontentlərin sayının artması zərərli məzmundan qorunma məsələsini aktuallaşdırır. İstifadəçilərin, əsasən də uşaq və yeniyetmələrin İnternetdə vulqarizmlərlə (qeyri-etik danışıq, jarqon ifadə, söyüş, təhqir və s.) qarşılaşması onların psixologiyasına öz mənfi təsirini göstərir. Həm onlayn mediada, həm də sosial mediada (Twitter və Facebook və s.) vulqar söz, söz birləşməsi və ifadələrin aşkarlanması üçün daha etibarlı avtomatik mətn aşkarlama metodlarının inkişaf etdirilməsi bu problemin həlli üçün çox böyük əhəmiyyət daşıyır. Təqdim olunan məqalədə N-grams+TF-IDF əlamətlərindən istifadə etməklə vulqarizmlərin aşkarlanması üçün yanaşma təklif edilmişdir. Burada əvvəlcədən məlum olan vulqar sözlərə Ngram+TF-IDF əsaslı əlamətlərin çıxarılması üsulu tətbiq olunaraq ədədi vektorlar generasiya olunmuşdur. Generasiya edilmiş ədədi vektor Naive Bayes alqoritmlərinin girişinə ötürülmüşdür. Müxtəlif əlamətlərdən istifadə etməklə aparılan eksperimentlərin nəticəsində unigram+TF-IDF əlamətləri əsasında klassifikasiya daha üstün nəticələr vermişdir. Vulqarizmlərin aşkarlanması üçün təklif edilən bu yanaşma uşaq və yeniyetmələrin danışıq mədəniyyətinin və insanlarla ünsiyyətinin formalaşmasında əhəmiyyətlidir. Bu yanaşma uşaqların İnternetdən əldə edilən zərərli məzmundan qorunmasında faydalıdır və uşaq təhlükəsizlik mərkəzlərində, təhsil sistemində istifadə edilə bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu