Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Ələkbərova , I.Y. E-demoqrafiya sisteminin resurslarından istifadə etməklə fərdlərin sosial kreditinin qiymətləndirilməsi imkanları və perspektivləri haqqında / I.Y. Ələkbərova // İnformasiya cəmiyyəti problemləri. - 2021. - N: №2. - S. 108-118.
 Annotasiya
 Dövlətin iqtisadi gücünü artırmaq, informasiya təhlükəsizliyini təmin etmək və sosial bərabərsizliyi aradan qaldırmaq məqsədilə vətəndaşların cəmiyyətdə rolunun müəyyən edilməsi və əhəmiyyətinə görə qiymətləndirilməsi vacib məsələlərdəndir. Müasir informasiya texnologiyalarının geniş tətbiqi ilə bir çox ölkələrdə dövlət orqanları və ayrı-ayrı şirkətlər fərdi məlumatlar əsasında vətəndaşları etimadına, nüfuzuna və davranışına görə qiymətləndirməyə çalışırlar. Belə qiymətləndirmə sosial kredit adlanır. İnkişaf etmiş ölkələrin bank sistemləri, sığorta şirkətləri, dövlət təşkilatları, dövlət idarəçiliyində, sosial-iqtisadi və bir çox məsələlərdə vətəndaşların və şirkətlərin sosial kreditini qiymətləndirən analitik sistemlər tətbiq edirlər. Məqalədə sosial kredit üzrə tədqiqatlar araşdırılmış, sosial kreditin qiymətləndirilməsi metodları təsnifatlandırılmışdır. Tədqiqatda müqayisəli analiz metodundan istifadə edilmiş, sosial kreditin qiymətləndirilməsində daha dəqiq nəticə əldə etmək üçün e-demoqrafiya sistemi ilə sosial kredit sisteminin qarşılıqlı əlaqəli işləməsi təklif olunmuşdur. Təklif olunan yanaşma e-dövlət mühitində cəmiyyətin daha səmərəli idarə olunması, sosial təhlükəsizliyin və vətəndaş məmnunluğunun təmin olunması üçün əhəmiyyətli ola bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu