Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Ələkbərov , O.R. Mobil istifadəçilərin tələblərinə uyğun cloudletlərin seçilməsi alqoritminin işlənməsi / O.R. Ələkbərov // İnformasiya Texnologiyaları Problemləri. - 2021. - N: 2. - S. 108–118.
 Annotasiya
 Son dövrlərdə mobil hesablama buludlarının (MHB) xidmətlərinin istifadəsində mobil istifadəçilərin sayının sürətlə artması, bulud serverlərin uzaqda olması və İnternet şəbəkəsinin yüklənməsi emal olunan məlumatların istifadəçiyə çatdırılmasında böyük gecikmələrə səbəb olur. Mobil qurğularda resurs qıtlığını, enerji sərfiyyatını və əlaqə kanallarında yaranan gecikmələri aradan qaldırmaq üçün hesablama buludlarının uzaqda yerləşən serverlərini istifadəçiyə yaxın yerləşdirmək lazım gəlir. Əlaqə kanallarında gecikmələri və mobil qurğularda enerji sərfiyyatını azaltmaq üçün cloudletəsaslı MHB-lərdən istifadə edilməsi təklif edilmişdir. İstifadəçilərin tətbiqi proqramlarının cloudlet çoxluğunda sürətlə yerinə yetirilməsini təmin edən ən uyğun cloudletin seçilməsi hələ də böyük bir problemdir. Məqalədə naqilsiz şəhər miqyaslı şəbəkələrin baza stansiyalarının yaxınlığında yerləşdirilən və istifadəçiyə yaxın cloudletlərin resurslarından səmərəli istifadə edilməsi məsələsinin bir həlli verilmişdir. Cloudletlərin əhəmiyyətini təyin edən mümkün qiymətlərindən (istifadəçiyə yaxın olması, etibarlılıq göstəricisinin yüksək olması, əlaqə kanallarının sayının az olması və s.) istifadə etməklə istifadəçinin proqram əlavəsinin münasib cloudletə yüklənməsi üçün şərtlər araşdırılmış və alqoritim təklif edilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu