Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Imamverdiyev , Y.N. Sənaye idarəetmə sistemlərində kibertəhlükəsizlik problemlərinin analizi / Y.N. Imamverdiyev // İnformasiya texnologiyaları problemləri. - 2021. - N: №2. - S. 16-29.
 Annotasiya
 Sənaye idarəetmə sistemləri (SİS) elektrik istehsalı və təchizatı, içməli su təchizatı, neft və neftkimya, nüvə enerjisi, nəqliyyat sistemləri, dəmir yolu və metro sistemlərində idarəetmə və monitorinq üçün geniş istifadə olunurlar. Onlar bu kritik milli infrastrukturlarda əməliyyatların beyni və onurğa sütunudur. Kritik infrastrukturların işinin pozulması cəmiyyətə sürətlə və getdikcə kəskinləşən təsir göstərə bilər və bu təsiri kritik infrastrukturlar arasında yüksək dərəcədə qarşılıqlı asılılıq daha da ağırlaşdırır. 2009-cu ildə aşkarlanmış Stuxnet zərərli proqramı SİS kibertəhlükəsizliyinin reallığını və ciddiliyini göstərdi. Industry 4.0 konsepsiyasının geniş tətbiqi ilə əlaqədar SİS-lərin kibertəhlükəsizliyi xüsusi aktuallıq kəsb edir. Məqalədə SİS-lərin mahiyyəti və komponentləri barədə qısa məlumat verilir və onların kibertəhlükəsizliyinin müasir vəziyyətinin qısa analizi aparılır. SİSlərin kibertəhlükəsizliyinin qiymətləndirilməsi üzrə tədqiqatlar risklərin idarə edilməsi, zərərli proqram təminatının aşkarlanması və analizi metodları, kibertəhlükəsizliyin monitorinqi üçün honeynet texnologiyaları və test stendlərinin yaradılması istiqamətləri üzrə analiz edilir və hər bir istiqamət üzrə açıq tədqiqat problemləri göstərilir. Əsas tədqiqat metodları modelləşdirmə, müqayisəli və təsviri metodlar, analogiya, analiz və sintez metodlarıdır; əsas tədqiqat yanaşmaları sistemli, kompleks və situativ yanaşmadır. Alınmış nəticələrin ölkədə SİS-lərin kibertəhlükəsizliyi infrastrukturunun formalaşdırılması və inkişafında, SİS kibertəhlükəsizliyi sahəsində elmi tədqiqatların təkmilləşdirilməsi və milli informasiya təhlükəsizliyi üzrə tədbirlər kompleksinin işlənməsində və praktiki reallaşdırılmasında faydalı olacağı gözlənilir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu