Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. Postkonflikt ərazilərdə innovativ inkişaf infrastrukturunun formalaşması problemləri / Ə.Q. Əliyev // AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası.Region və sahə iqtisadiyyatı. - 2021. - N: yanvar-fevral. - S. 60-70.
 Annotasiya
 Məqalə postkonflikt ərazilərdə innovativ inkişaf infrastrukturunun formalaşması problemlərinə həsr olunmuşdur. İqtisadiyyatın innovasiya əsaslı irəliləyişinin təmin edilməsi və texnoloji innovasiyalar əsasında müasirləşdirilməsinin aktuallığı əsaslandırılmışdır. Postkonflikt ərazilərin inkişaf xüsusiyyətləri tədqiq edilmiş, "Ağıllı şəhər" və "Ağıllı kənd" xidmətlərinə keçidin əhəmiyyəti göstərilmişdir. Ölkənin şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin səmərəliliyinin artırılmasının, müasir informasiya texnologiyalarının tətbiqi ilə idarə olunmasının təmin edilməsi dayanıqlı inkişafın əsas prioritetlərindən biri olduğu qeyd olunmuşdur. İşğaldan azad olunmuş ərazilərdə ənənəvi iqtisadiyyatdan texnoloji innovasiya əsaslı iqtisadiyyata keçidin xüsusiyyətləri araşdırılmışdır. Həmin ərazilərdə innovativ mühitin formalaşması problemləri və innovativ, rəqəmsal texnologiyaların müasir sosial-iqtisadi inkişafa təsir aspektləri tədqiq edilmişdir. Perspektivli İKT texnologiyalara əsaslanan innovasiya iqtisadiyyatı sektorları müəyyənləşdirilmişdir. İşğaldan azad olunmuş ərazilərdə regional inkişaf mərkəzlərinin, elmi-texnoloji, aqro, sənaye texnoparklarının yaradılmasının ölkədə innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün əhəmiyyəti göstərilmişdir. Ölkə iqtisadiyyatının, işğaldan azad olunmuş ərazilərin inkişafının modernləşdirilməsində beynəlxalq təşkilatların tövsiyələri, IV Sənaye inqilabının tələbləri nəzərə alınmışdır. Göstərilmişdir ki, ölkə iqtisadiyyatının innovasiya əsaslı inkişaf modelinə keçidinin təmini işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın modernləşdirilməsinə şərait yaradacaqdır. Qeyd olunmuşdur ki, postkonflikt ərazilərdə innovativ inkişaf infrastrukturunun təkmilləşdirilməsi yeni iqtisadi idarəetmə şəraitində səmərəliliyin artırılmasına yeni imkanlar yarada bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu