Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. Elmi nəticələrin kommersiyalaşdırılması proseslərinin idarə olunması problemləri / Ə.Q. Əliyev // İnformasiya cəmiyyəti problemləri. - 2021. - N: 2. - S. 52-69.
 Annotasiya
 Məqalədə elmi tədqiqat fəaliyyətinin nəticələrinin yeni texnologiyalara çevrilməsinin aktuallığı əsaslandırılmışdır. Elmin iqtisadiyyatla inteqrasiyasının dərinləşdirilməsi üçün innovativ fəaliyyətin stimullaşdırılması, innovasiyaların səmərəliliyinin yüksəldilməsinin zəruriliyi göstərilmişdir. Elmi innovasiyaların tətbiqi xüsusiyyətləri araşdırılmış, innovasiya fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərində elmi tədqiqat işlərinin təhlili aparılmışdır. İşğaldan azad edilmiş ərazilərdə müasir texnologiyalar əsasında infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin Elektron Qarabağ proqramının əhəmiyyəti göstərilimişdir. İnnovasiya fəaliyyətinin iqtisadi aspektləri tədqiq edilmiş, elektron innovasiyaların xüsusiyyətləri araşdırılmışdır. Elmi innovasiyaların kommersiyalaşdırılmasının əsas mərhələlərinin struktur analiz modeli təklif edilmişdir. İnnovasiyaların kommersiyalaşdırılmasının iştirakçıları arasındakı qarşılıqlı əlaqələr müəyyənləşdirilmişdir. İnnovasiya texnologiyalarının transferi, kommersiyalaşdırılması problemləri tədqiq edilmişdir. Qlobal innovasiya və iqtisadi indekslər üzrə Azərbaycanın mövcud vəziyyətinin təhlili aparılmışdır. Milli İnnovasiya Sisteminin tərkib hissələrini qiymətləndirmək üçün tətbiq edilən müxtəlif yanaşmalar tədqiq olunmuşdur. Elmi nəticələrin kommersiyalaşdırılması prosesini xarakterizə edən ilkin göstəricilər işlənilmiş, kommersiyalaşdırılma potensialının kompozit indeksini formalaşdıran indekslər təklif edilmişdir. Elmi tədqiqat nəticələrinin, innovasiya məhsullarının, nou-hau, biliklərin, ideyaların kommersiyalaşması üzrə tövsiyələr işlənilmişdir. Məqalədə tədqiqat obyekti olaraq elmi tədqiqat fəaliyyətinin nəticələrinin, elmi innovasiyaların kommersiyalaşdırılması prosesləri, tədqiqat predmeti isə həmin prosesin idarə olunmasının müxtəlif aspektləri qəbul olunmuşdur. Kommersiyalaşma prosesinin idarə olunmasıyla əlaqədar tövsiyələr işlənilmiş və onun inkişafı problemlərinin müəyyənləşdirilməsində informasiya nəzəriyyəsindən, sistemli yanaşma metodundan istifadə edilmişdir. Statistik analiz, ekonometrik modelləşdirmə üsulları, müasir İKT texnologiyaları, IV Sənaye inqilabının və s. əsas tələbləri, tendensiyaları nəzərə alınmışdır. Verilən tövsiyələr elmi tədqiqat fəaliyyətinin nəticələrinin və innovasiyaların kommersiyalaşdırılması proseslərinin səmərəli idarə olunmasının təşkilinə kömək edə bilər. Elmi tədqiqat fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması istiqamətlərinin təkmilləşdirilməsi yeni iqtisadi idarəetmə şəraitində səmərəliliyin artırılmasına əlavə imkanlar yarada bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu