Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliquliyev , R.M. Kosmopolit E-dövlətdən milli E-dövlətə doğru: Virtual mühitdə Azərbaycan dili xidmətlərinin yaradılmasl perspektivləri / R.M. Əliquliyev , R.M. Alıquliyev , F.F. Yusifov , Ə.M. Qurbanova // İnformasiya cəmiyyəti problemləri. - 2021. - N: 2.- S. 3-25.
 Annotasiya
 Məqalədə e-dövlət platformasında milli dillərin qorunması, mövcud vəziyyət və inkişaf perspektivləri araşdırılır. İnformasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan müasir dünyada dillərin qorunması aktual məsələlərdən birinə çevrilmişdir. Hazırda İnternet mühitində dilin qorunması və inkişafı ilə bağlı müxtəlif ideya və yanaşmalar vardır. Qloballaşma şəraitində müxtəlif təhlükələrlə üz-üzə qalmış milli dillərin qorunması və inkişafı üçün e-dövlət texnologiyalarından istifadə yeni imkanlar yaradır. E-dövlət platforması dövlət xidmətlərini və lazımi məlumatları hər kəs üçün əlçatan və asan edir. Bu imkanlardan irəli gələrək hazırda kosmopolit arxitektur-texnoloji həllərə əsaslanan e-dövlətlə bağlı aktual məsələlərdən biri də milli dillərin bu platformadakı yeri və rolunun müəyyənləşdirilməsindən ibarətdir. Eyni zamanda qloballaşma şəraitində virtual məkanda milli dillərin qorunması və inkişafı üçün hal-hazırda beynəlxalq səviyyədə geniş tətbiq olunan kosmopolit e-dövlətin milli e-dövlətə transformasiyası məqsədi ilə müvafiq həllərin tapılmasıdır. Məqalədə e-dövlət mühitində dilin yeri və roluna dair elmi-nəzəri yanaşmalar araşdırılmış, qloballaşmanın milli dillər üçün doğurduğu təhlükələr analiz edilmişdir. E-dövlət platformasının dillərin qorunması və inkişafı üçün yaratdığı imkanlar tədqiq olunmuş və təkliflər işlənilmişdir. Milli dilin qorunması və inkişaf istiqamətləri müəyyənləşdirilərək təhlil edilmişdir. Milli dillərin e-dövlətin tərkib hissəsinə çevrilməsi və bu platformanın bütün seqmentləri üzrə təbii inkişafının təmin olunması məqsədilə təbii dilin emalı, mətnin analizi metodlarından istifadə əsaslandırılmışdır. E-dövlət mühitində dövlət dilinin statusunun təmin olunması üçün həllər verilmiş, milli dil xidmətləri sisteminin konseptual modeli təklif edilmişdir. Təklif olunan modelin tətbiqi e-dövlət sistemində dilin müxtəlif funksional modulları üzrə məlumatların toplanmasına, təhlilinə, qiymətləndirilməsinə və onlardan məqsədyönlü şəkildə istifadəsinə imkan yaradacaqdır.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu