Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Ağayev , B.S. Akustik küy çirklənməsi səviyyəsinin hesablanmasına aid bir yanaşma haqqında / B.S. Ağayev // İnformasiya texnologiyaları problemləri. - 2021. - N: 2. - S. 64-73.
 Annotasiya
 Formalaşmaqda olan “4-cü sənaye inqilabı” mühitində müəyyən bilik, təcrübə və ekoloji mədəniyyətə malik olan insanlar müxtəlif ekoloji problemlərin həlli istiqamətində fərdi və kollektiv qərarların qəbulunda daha aktiv iştirak edirlər. Bu problemlərdən biri də ətraf mühitin akustik küy çirklənməsidir. Bu gün bir çox vətəndaşları belə bir sual maraqlandıra bilər: yaşadığım, işlədiyim, oxuduğum, ümumiyyətlə, olduğum yerdə akustik küy çirklənməsi hansı səviyyədədir və standartlara cavab verirmi? Bu suala cavab vermək üçün bir çox beynəlxalq, milli standartlar və digər normativ sənədlər işlənmişdir. Lakin, bu sənədlər mürəkkəbdir, bahalı avadanlıqların istifadəsini tələb edir, yəni adi vətəndaşlar üçün əlçatmazdır. Digər tərəfdən, müasir mobil telefonların hesablama, rabitə və sensor funksiyaları vətəndaşlara müəyyən ərazinin küy göstəricilərini ölçmək və küy vəziyyətini qiymətləndirməyə imkan yaradır. Lakin, küy monitorinqini keçirmək üçün vətəndaşlara sadə və aydın metodikalar, təlimat və qaydalar lazımdır. Məqalədə minimal riyazi biliklərə malik vətəndaşların küy monitorinqi aparması üçün sadələşdirilmiş bir metodikanın işlənməsinə cəhd edilmişdir. Həmçinin, prosesin əyaniliyi üçün avtonəqliyyat küyünün (küçə küyünün) təhsil və elmi tədqiqat fəaliyyətinə ziyanlı təsirini qiymətləndirmək məqsədilə mobil telefonlarla ölçmə prosedurlarının aparılması və müxtəlif küy göstəricilərinin hesablanması üzrə bir sıra eksperimentlər həyata keçirilmişdir. Məqalənin hazırlanmasında ümumelmi metod və metodologiyalardan, o cümlədən analiz və sintez, müqayisə, ümumiləşdirmə, sistem yanaşma və s. istifadə edilmişdir. Tədqiqat nəticələrindən diskomfort küy zonalarının aşkarlanması üçün mobil telefonlarla akustik küy monitorinqinin aparılması məqsədilə istifadə etmək olar.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu