Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliquliyev , R.M. Videotəsvirlərin analizi əsasında sosial münasibətlərin aşkarlanması üçün yanaşma / R.M. Əliquliyev , R.M. Alıquliyev , I.Y. Ələkbərova // İnformasiya texnologiyaları problemləri. - 2021. - N: 2.- S. 3-15.
 Annotasiya
 E-dövlətin səmərəli idarə olunması, ölkədə sosial-iqtisadi inkişafın və sabitliyin təmini üçün cəmiyyətdə sosial münasibətlərin aşkarlanması və analizi vacib məsələlərdəndir. Sosial münasibətlərin analizi cəmiyyətdə baş verən prosesləri və mövcud sosial problemləri daha aydın şəkildə görməyə imkan yaradır. Videotəsvirlərin intellektual analizi nəticəsində insanları və obyektləri tanımaq, hadisələri və sosial münasibətləri müəyyən etmək üçün bəzi mövcud metod və yanaşmaların araşdırılması tədqiqat obyektinin əsasını təşkil edir. İctimai yerlərdə vətəndaşların davranışlarını müşahidə etməklə sosial münasibətləri aşkarlamaq və baş verə biləcək anomal hadisələri proqnozlaşdırmaq çox mürəkkəb prosesdir. Məqalədə videomüşahidə sistemləri vasitəsilə əldə olunan təsvirlərdən istifadə etməklə obyektlərin və hadisələrin analizində bəzi mövcud yanaşmalar araşdırılmış, videotəsvirlərin intellektual analizi əsasında sosial münasibətlərin aşkarlanması üçün yeni yanaşma təklif olunmuş, intellektual videomüşahidə sistemlərinin ümumi arxitektur sxemi işlənmişdir. Videomüşahidə kameraları ilə əldə olunan videotəsvirlərin analizi üçün mərhələli həll yolu təklif olunmuşdur. Tədqiqatda əldə edilən nəticələr e-dövlətin daha səmərəli idarə olunması, sosial-iqtisadi proseslərin proqnozlaşdırılması, vətəndaşların təhlükəsizliyinin təmini və bir çox sahələrdə istifadə oluna bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu