Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - məqalə |
Biblioqrafik təsvir | Məmmədova , M.H. Teletibb: İmkanları və COVİD-19 pandemiyası şəraitində yeni tətbiqləri / M.H. Məmmədova , Z.Q. Cəbrayılova // İnformasiya cəmiyyəti problemləri. - 2020. - N: 2. - S. 23–38. | Annotasiya | Məqalədə elekton tibbin əsas istiqamətlərindən biri olan teletibbin qısa icmalı şərh edilmiş,
COVID-19 pandemiyası şəraitində insanlar, tibbi personal və bütövlükdə səhiyyə sistemi üçün
əhəmiyyəti göstərilmişdir. Teletibbin məsafədən tibbi yardım göstərmək xüsusiyyətinə malik
olması onu fövqəladə hallarda və epidemiya şəraitində pasiyentlərə lazımi informasiyanın
çatdırılması, tibbi məsləhət, yardım, dəstəyin verilməsi üçün əvəzolunmaz bir vasitəyə çevirdiyi
qeyd edilmiş, COVID-19 şəraitində onun yeni tətbiqləri analiz olunmuşdur. IoT və süni intellektin
teletiblə inteqrasiyasında yeni praktiki tətbiqlər təqdim edilmiş, mümkün teletibb imkanlarının
reallaşdırılması üçün bir sıra ölkələrin səyləri, yeni qərarlar, o cümlədən potensial maneələr
göstərilmişdir. Azərbaycanda teletibbin vəziyyəti, inkişafı, bir sıra tətbiqləri, yeni koronavirus
(COVID-19) dövründə insanların məlumatlandırılması və tibbi dəstəyin göstərilməsi üçün
yaradılmış sistemlər təsvir edilmişdir. Teletibbin, nəinki epidemiya şəraitində, həm də normal
vəziyyətdə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, ona əlyetərliyin artırılması və çəkilən
xərcin azaldılmasında böyük əhəmiyyətə malik olduğu nəzərə alınaraq, ölkəmizdə bu
texnologiyanın tətbiq miqyasının genişləndirilməsi üçün beynəlxalq təcrübəyə, ÜST-in
çağırışlarına uyğun olaraq müvafiq tədbirlərin görülməsinin zəruriliyi göstərilmişdir. | Elektron variant | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|