Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - məqalə |
Biblioqrafik təsvir | Mahmudova , R.Ş. Əlin hərəkətinin izlənməsi ilə göstərilən jestlərin avtomatik tanınması texnologiyalarının tətbiqi imkanları / R.Ş. Mahmudova , K.Ş. Qurbanova // İnformasiya Texnologiyaları Problemləri. - 2020. - N: 2. - S. 102–110. | Annotasiya | Məqalə bir çox problemlərin aradan qaldırılmasında mühüm rol oynayan informasiyakommunikasiya texnologiyalarının (İKT) dəstəyi ilə eşitmə və nitq əngəlli insanların
kommunikasiyasının avtomatlaşdırılması texnologiyalarına həsr edilmişdir. İşdə ünsiyyət
problemi yaşayan insanların informasiya mübadiləsinə imkan yaradan statik və dinamik jestlər
haqqında məlumat verilmişdir. Jestlərlə ifadə olunan mətnin tanınması üçün rus daktil əlifbasının
elementlərinin kodlaşdırılması məsələsi araşdırılmışdır. Eyni kodlaşdırma sistemini Azərbaycan
daktil əlifbasına da tətbiq etmək tövsiyə olunmuşdur. Məqalədə jestlərin avtomatik tanınması
məsələsinin müxtəlif riyazi metodların, alqoritmlərin və kompüter sistemlərinin vasitəsi ilə həll
olunduğu qeyd edilmişdir. Əlin hərəkətinin izlənməsi ilə göstərilən jestlərin ardıcıl tanınmasını və
onların mətn formasında yığılmasını təmin edən müxtəlif üsullar və sistemlər misal göstərilmiş və
onların əsas problemləri təhlil edilmişdir. Jestlərin tanınması sistemləri sahəsində olan
texnologiyaların üstünlükləri və çatışmazlıqları qeyd edilmişdir. Azərbaycan Respublikasında
milli daktil əlifbanı və jestləri tanıyan milli elektron bazanın yaradılması tövsiyə olunmuşdur.
| Elektron variant | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|