Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. Bəzi regional və müasir innovativ fəaliyyət sektorlarının IKT bazasında inkişaf etdirilməsi problemləri və istiqamətləri / Ə.Q. Əliyev // AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası.Region və sahə iqtisadiyyatı. - 2020. - N: mart-aprel. - S. 31-45.
 Annotasiya
 Məqalə postsənaye iqtisadiyyatının İKT əsasında inkişaf mərhələsi olan informasiya iqtisadiyyatının formalaşmasının müasir vəziyyətinin təhlilinə və onun post koronavirus pandemiyası dövrü üçün perspektiv inkişaf sektorlarının müəyyənləşdirilməsinə həsr olunmuşdur. Qeyd olunmuşdur ki, son illərin qlobal iqtisadi böhranı İKT sferasını 4.0 sənaye inqilabının çağırışlarına müvafiq olaraq dünya iqtisadiyyatının əsas istesal və xidmət sektoruna çevirmiş, 2020-ci ilin əvvəllərindən başlayan koronavirus pandemiyası isə onun əhəmiyyətinin nə qədər zəruri olduğunu sübut etmişdir. İnformasiya iqtisadiyyatının inkişafının spesifik xüsusiyyətləri daha çox sektorial-regional aspektdə, həmçinin bir çox innovativ iqtisadi fəaliyyət sahələrində formalaşır. Ona görə də məqalədə regionların və iqtisadi fəaliyyət sahələrinin İKT əsasında inkişaf etdirilməsi problemləri ətraflı şəkildə təhlil edilmişdir. Bəzi innovativ sahələrin iqtisadiyyatının İKT vasitəsilə inkişaf etdirilməsi məsələlərinə baxılmışdır. Əsas rəqəmsal sahələrdən biri kimi mediaiqtisadiyyatın və elektron kitabxanaların innovasiya potensialı və kommersiyalaşdırma perspektivləri öyrənilmişdir. Bundan başqa bəzi müasir texnoloji innovasiya iqtisadiyyatı sahələrinin formalaşması və idarəolunması problemləri nəzərdən keçirilmişdir. İnternet iqtisadiyyatının müasir vəziyyətinin təhlili və inkişaf perspektivləri araşdırılmışdır. Süni intellekt, dron, bio, kosmik, nano, bigdata, cloud(bulud), yaşıl(green), dil(language), proqram sənayesi və mühəndisliyi (proqraming enginering), soft komputinq və s. kimi alt iqtisadi sahələrin İKT əsasında formalaşma və inkişaf məsələlərinə diqqət yetirilmişdir. Son illərdə həmin sahələrin İKT əsasında infrastruktur və institutsional formalaşması problemlərı araşdırılmışdır. Təhliliər nəticəsində post koronavirus pandemiyası dövrü üçün göstərilən sahələrin İKT bazasında innovativ inkişafı istiqamətləri üzrə təklif və tövsiyələr verilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu