Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. İnnovasiya texnoparklarının idarəetmə proseslərində keyfiyyət göstəricilərinin çoxkriteriyalı ekspert qiymətləndirmələri məsələləri. / Ə.Q. Əliyev , R.O. Şahverdiyeva // İnformasiya cəmiyyəti problemləri. - 2020. - N: 2. - S. 89-104.
 Annotasiya
 Məqalədə innovasiya texnoparklarının idarəetmə proseslərində keyfiyyət göstəricilərinin çoxkriteriyalı ekspert qiymətləndirmələri məsələlərinə baxılmışdır. İnnovasiya texnoparklarının informasiya və biliklər iqtisadiyyatında rolu və əhəmiyyəti göstərilmişdir. İnnovativ, elmtutumlu məhsul istehsalı və xidmətlərin göstərilməsində kompleks təyinatlı mürəkkəb sosial-iqtisadi idarəetmə obyekti kimi innovasiya texnoparklarının yaradılması və idarə olunması xüsusiyyətləri təhlil olunmuşdur. Texnoparkların IV Sənaye inqilabının trendlərinə uyğun müxtəlif sahələrdə ixtisaslaşması istiqamətləri və onların fəaliyyətinin idarə olunması problemləri göstərilmişdir. Texnoparkın fəaliyyətinin ümumləşdirilmiş funksional strukturu, onun fəaliyyətinin intellektual idarəetmə sisteminin konseptual modeli təklif olunmuşdur. Texnoparkların idarə olunması və fəaliyyətinin qiymətləndirilməsi üzrə göstəricilər və kriteriyalar sistemi tədqiq olunmuşdur. Texnoparklarda innovasiya fəaliyyəti və innovativ məhsulların/xidmətlərin keyfiyyətlilik göstəriciləri sistemi araşdırılmışdır. Texnoparkların fəaliyyətinin qiymətləndirilməsində çoxkriteriyalı ekspert qiymətləndirilmələrinin elmi-nəzəri əsasları və xüsusiyyətləri təhlil olunmuşdur. Çoxkriteriyalı ekspert qiymətləndirməsi metodundan istifadə etməklə texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üzrə kompozit indekslərinin çəki əmsallarının ekspertlər tərəfindən qiymətləndirməsinin nəticələri proqramı paketi vasitəsilə emal edilmişdir. Texnoparkların kompozit indeksini formalaşdıran indekslərə ekspertlər tərəfindən verilən təsiretmə qiymətləri ümumiləşdirilərək çəki əmsalları şəklində təqdim olunmuşdur. Texnoparkların fəaliyyətinin qiymətləndirilməsində çoxkriteriyalı ekspert qiymətləndirmələri üsullarının təkmilləşdirilməsinin perspektiv istiqamətləri üzrə tövsiyələr verilmişdir. Göstərilmişdir ki, çoxkriteriyalı ekspert qiymətləndirmələrinin nəticələri qərar qəbuletmə proseslərində effektiv qərarların qəbulu və icrası üçün mühüm əsaslar yaradır
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu