Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliyev , Ə.Q. İKT sektorunun müasir vəziyyətinin və perspektiv inkişaf potensialinin qiymətləndirilməsi məsələləri. İnformasiya cəmiyyəti problemləri / Ə.Q. Əliyev // İnformasiya cəmiyyəti problemləri. - 2020. - N: 2. - S. 51-64.
 Annotasiya
 Məqalədə son illərdə yaranan qlobal iqtisadi böhran, həmçinin 2020-ci ilin əvvəlindən başlayaraq bütün dünya iqtisadiyyatını və real idarəetmə sistemini, xidmət sektorunu, cəmiyyətin sosial həyatını qeyri-normal vəziyyətə salan koronavirus pandemiyası şəraitində İKT sektorunun perspektiv inkişafının böyük strateji əhəmiyyətə malik olduğu göstərilmişdir. Yeni yaranan iqtisadiyyatın effektiv strukturlaşmasını həyata keçirmək üçün onun əsas bazası olan İKT sektorunun formalaşma problemləri və müasir vəziyyəti kompleks şəkildə analitik təhlil edilmişdir. Sahənin perspektiv inkişaf potensialının araşdırılması, qiymətləndirilməsi, həmin aspektdə müvafiq göstərici və kriteriyaların işlənilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunmuşdur. İKT sektoru üzrə tədqiqatların məqsəd və vəzifələri göstərilmiş, İKT sahəsi üzrə problemlərin tədqiq olunma səviyyəsi təhlil edilmişdir. Azərbaycan iqtisadiyyatının strukturunda İKT sferasının rolu və yeri araşdırılmışdır. İKT sektorunda məhsul/xidmətlər buraxılışının, məhsul idxalının və ixracidxal olunmuş məhsulların dinamikası qrafiklər üzrə təhlil edilmişdir. İKT sektoru sahələrinin sistemli təsnifatı verilmişdir. Həmin sektorun infrastruktur və institutsional formalaşma problemləri tədqiq olunmuşdur. İKT sektorunda inkişaf potensialının formalaşdırılmasının innovativ istiqamətləri üzrə göstəricilər və kriteryalarla bağlı təkliflər və tövsiyələr verilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu