Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Qurbanova , Ə.M. Mətnlərdən terminlərin avtomatik çixarilmasi metodlarinin araşdirilmasi və müqayisəli analizi / Ə.M. Qurbanova // İnformasiya texnologiyaları problemlər. - 2021. - N: 1. - S. 55-69.
 Annotasiya
 Məqalədə mətnlərdən terminlərin avtomatik çıxarılmasının beş metodu tədqiq olunmuş və onların müqayisəli analizi verilmişdir. Mətnlərdən terminlərin çıxarılmasının ümumi məqsədi xüsusi sahənin əsas lüğətinin təyin edilməsidir. Terminlərin ənənəvi olaraq əl ilə çıxarılmasından fərqli olaraq avtomatik çıxarılması vaxt aparan bu işi sadələşdirmək üçün kompüterləşdirilmiş bir vasitədir və termin-namizədlərin əvvəlcədən müəyyənləşdirilməsinin avtomatlaşdırılmasına yönəlib. Hazırkı dövrdə bir çox sahələrdə (leksikoqrafiya, terminşünaslıq, informasiya axtarışı və s.) emal olunmalı informasiyanın həcminin artım dinamikası termin və açar sözlərin avtomatik seçilməsi məsələsini xüsusilə aktual edir. Təbii dilin emalı sahəsində qurulan qaydaları təqdim edən mətnlərdən terminlərin avtomatik çıxarılması üçün bir çox fərqli yanaşma və sistem işlənmişdir. Mətnlərdən terminlərin avtomatik çıxarılmasının müxtəlif altməsələləri – korpus kolleksiyası, vahid birliklər, termin və variantların müəyyən olunması və keyfiyyətin qiymətləndirilməsi qaydası təqdim olunmuşdur. Müəyyən predmet sahəsi üçün mətnlərdən terminlərin avtomatik çıxarılmasına tətbiqi yanaşma verilmişdir. “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının məqalələrinin korpusu üzərində eksperiment aparılmışdır. Ekspert və formal qiymətləndirmə metodikası təklif olunmuş, terminlərin avtomatik çıxarılması metodlarının müqayisəli qiymətləndirilməsinin nəticələri verilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu