Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Yusifov , F.F. Vətəndaş məmnuniyyəti əsasinda e-xidmətlərin çoxmeyarli qiymətləndirilməsi modeli / F.F. Yusifov , A.C. Fərəcova // İnformasiya cəmiyyəti problemləri. - 2020. - N: 2. - S. 39-50.
 Annotasiya
 Məqalə vətəndaş məmnuniyyəti əsasında e-xidmətlərin çoxmeyarlı qiymətləndirilməsi məsələsinə həsr olunub. Bu məqsədlə vətəndaş məmnuniyyətinə təsir edən amillərin müəyyənləşdirilməsi üçün mövcud təcrübə araşdırılmışdır. Vətəndaş məmnuniyyəti e-dövlətin tətbiqi, səmərəliliyinin qiymətləndirilməsi üçün ən əhəmiyyətli faktorlardan biri kimi qəbul edilir. Beynəlxalq təcrübənin analizi göstərir ki, e-dövlət xidmətlərindən istifadədə vətəndaş məmnuniyyətinin araşdırılması ilə bağlı mövcud tədqiqatlar daha çox müxtəlif xarakterli hesabatların individual səviyyədə analizinə və ümumi mənbələrdən götürülmüş məlumatların subyektiv qiymətləndirilməsinə əsaslanır. Tədqiqat nəticələrinə əsasən göstərilən dövlət xidmətlərinin keyfiyyəti ilə vətəndaş məmnuniyyətinin səviyyəsi arasında birbaşa əlaqənin olduğu hesab edilir. Lakin bu asılılıq heç də həmişə öz təsdiqini tapmır, məmnuniyyətin səviyyəsi göstərilən dövlət xidməti istifadəçisinin gözləntilərinə uyğun olubolmamasından asılı olaraq dəyişir. Dövlət xidmətlərinin keyfiyyəti - vətəndaşların dövlət xidmətlərinə olan ehtiyaclarına cavab vermək imkanını müəyyən edən xarakteristikalar toplusudur. Göstərilən e-xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi üçün bir sıra yanaşmalar, meyarlar və modellər mövcuddur. Bu məqalədə vətəndaş məmnuniyyətinə təsir edən dövlət xidmətlərinin keyfiyyət meyarları araşdırılmışdır. Çoxmeyarlı qiymətləndirmə metodundan istifadə edərək vətəndaş məmnunluğu əsasında göstərilən e-xidmətlər qiymətləndirilmişdir. Aparılan empirik eksperimentdə seçilmiş e-xidmətlər vətəndaşların rəyi əsasında ranqlaşdırılmışdır.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu