Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliquliyev , R.M. Milli e-demoqrafiya sisteminin yaradilmasinin arxitektur prinsipləri / R.M. Əliquliyev , F.F. Yusifov // İnformasiya cəmiyyəti problemləri. - 2021. - N: 1. - S. 3-17.
 Annotasiya
 Məqalə dövlət reyestrləri əsasında e-demoqrafiya sisteminin formalaşdırılması məsələsinə həsr olunmuşdur. Hazırda e-dövlət platformasında demoqrafik xarakteristikaların monitorinqini aparmağa imkan verən e-demoqrafiya sisteminin yaradılması effektiv idarəetmə sisteminin qurulması baxımından olduqca vacibdir. E-demoqrafiya rəqəmsal texnologiyaların demoqrafik davranışlara təsirinin öyrənilməsinə və demoqrafik proseslərin daha dərin tədqiq olunması üçün verilənlərin yeni mənbələrinin istifadə olunmasına imkan verir. Məqalədə e-demoqrafiyanın formalaşdırılması sahəsində beynəlxalq təcrübə analiz olunmuş, əhali reyestri əsasında edemoqrafiyanın formalaşdırılmasına dair yanaşmalar araşdırılmışdır. Son tədqiqatlarda əhali reyestrlərində toplanan verilənlərin demoqrafik tədqiqatların və statistikanın aparılması üçün yeni məlumat mənbəyi kimi istifadə olunmasına baxılmışdır. Təcrübə göstərir ki, əhali reyestrinin tətbiq olunduğu ölkələrdə məlumatların əlaqələndirilməsi üçün fərdi identifikasiya nömrələrindən istifadə olunmuşdur. Hazırda əhali reyestri olan bütün ölkələrdə unikal identifikasiya nömrələrinin istifadəsi zəruridir və əsas məqsəd monitorinq zamanı təkrarlanmaların aradan qaldırılması, müxtəlif dövlət reyestrləri arasında koordinasiyanın yaxşılaşdırılması olmuşdur. Konseptual olaraq milli e-demoqrafiya sisteminin vahid dövlət reyestri əsasında qurulması təklif olunur. Bu halda bütün dövlət reyestrləri, verilənlər bazaları və portallar e-demoqrafiya platformasına transfer olunmalıdır. Dövlət reyestrlərində toplanan bütün verilənlər demoqrafik tədqiqatlar üçün əhəmiyyətli mənbə rolunu oynayır. Məqalədə e-demoqrafiya sisteminə transfer olunan reyestrlər və verilənlər bazaları üzrə fərdi xarakteristikalar verilmişdir. E-demoqrafiya sisteminin qurulması sosio-demoqrafik tədqiqatların aparılması və demoqrafik davranışların araşdırılması üçün geniş imkanlar yaradacaqdır.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu