Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Hacırəhimova , M.Ş. Sentiment Analiz: Problemləri Və Həlli Yollari / M.Ş. Hacırəhimova , M.I. Ismayılova // İnformasiya texnologiyaları problemlər. - 2020. - N: 2. - S. 111-123.
 Annotasiya
 Sentiment analiz və ya rəylərin intellektual analizi məhsullar, xidmətlər, təşkilatlar, fərdlər, problemlər, hadisələr, mövzular və onların xüsusiyyətləri kimi obyektləri araşdıran insanların fikirlərini, hisslərini, duyğularını, qiymətləndirmələrini və münasibətlərini təhlil edən tədqiqat sahəsidir.Sentiment analizin inkişafi sosial şəbəkələrdə, forumlarda, bloqlarda, mikrobloqlarda aparilan geniş müzakirələr və s. generasiya edilən böyük həcmdə rəqəmsal verilənlərin yaranmasi ilə bağlidir. Son illər sentiment analiz təbii dilin emalı, verilənlərin intellektual analizi, mətnlərin analizi və informasiya axtarışı kimi sahələrdə geniş tədqiqat obyektinə çevrilmişdir. O, bütövlükdə cəmiyyətin bütün sahələrində, o cümlədən marketinq, maliyyə, politologiya, sosial elmlər, tibb elmləri və s. geniş yayılmışdır. Bu populyarlıq rəylərin praktiki olaraq insan fəaliyyətinin bütün istiqamətlərində həlledici əhəmiyyətə malik olması və insanların davranışlarına təsir edən əsas faktor olması ilə bağlıdır. Sosial şəbəkələr, bloqlar, forumlar və digər rəy mənbələrində yayımlanan yüz minlərlə fikir mətnlərinin adi üsullarla analiz oluna bilməməsi kompüter linqvistikası, sentiment analiz və ya rəylərin, fikirlərin çıxarılması sistemlərinin istifadəsini zəruri etmişdir. Məqalədə sentiment analizin tarixi və terminoloji aspektlərinə baxılmış, informasiya mənbələri, tətbiq sahələri haqqında məlumat verilmişdir. İşdə, həmçinin sentiment analizin əsas məsələləri və səviyyələri tədqiq olunmuşdur. Mövcud problemlər və həll yolları təhlil edilmişdir
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu