Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Imamverdiyev , Y.N. NEFT VƏ QAZ 4.0: Mövcud həllər , Perspektivlər və Problemlər / Y.N. Imamverdiyev // İnformasiya cəmiyyəti problemləri. - 2021. - N: №1. - S. 32–42.
 Annotasiya
 Məqalə neft-qaz sənayesinin Industry 4.0 texnologiyalarına keçidi zamanı meydana çıxan problemlərin analizinə həsr olunub. Neft-qaz şirkətləri karbohidrogen ehtiyatlarının strukturunun pisləşməsi, enerji resurslarının qiymətinin dəyişkənliyi və kəskin ucuzlaşması şəraitində rəqabət üstünlüyünü qorumaq üçün Industry 4.0 texnologiyalarının tətbiqinə ümid edirlər. Neft-qaz şirkətləri müxtəlif proseslərin optimallaşdırılması üçün Əşyaların İnterneti, bulud hesablamaları, süni intellekt kimi texnologiyaları xeyli müddətdir ki, tətbiq edirlər. Industry 4.0-ın üstün cəhəti, həm də mövcud texnologiyaları bir sistemdə inteqrasiya etməsi və bunun əsasında daha yüksək sinerji təmin etməsidir. Industry 4.0 yanaşması əsasında belə vahid sistemin formalaşdırılmasını hədəfləyən “Neft və Qaz 4.0” konsepsiyası son 2-3 ildə şirkətlərin gündəliyinə daxil olmuşdur. “Neft və qaz 4.0” konsepsiyasının formalaşdırılması hələlik ilkin mərhələdədir və böyük diqqət çəksə də, onun neft və qaz əməliyyatlarına dəyər əlavə etməsi üçün necə istifadə ediləcəyi ilə bağlı bir sıra anlaşılmazlıqlar qalmaqdadır. Bu işin məqsədi neft-qaz sənayesində Industry 4.0 texnologiyalarına keçid proseslərinin və bu zaman qarşıya çıxan problemlərin sistemli analizidir. Industry 4.0-ın əsas xüsusiyyətləri və onun baza texnologiyalarının neft-qaz sənayesində tətbiqi vəziyyəti analiz edilir. “Neft və Qaz 4.0” konsepsiyasının əsas komponentləri üzrə problemlər analiz edilir və müvafiq tövsiyələr işlənilir. Tədqiqatda sistemləşdirmə, ümumiləşdirmə, müqayisəli analiz və sistemli yanaşma metodlarından istifadə edilmişdir. Alınmış nəticələrin neft-qaz sənayesində Industry 4.0 əsasında rəqəmsal transformasiya strategiyasının işlənməsi və həyata keçirilməsində önəmli tətbiqləri gözlənilir
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu