Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - məqalə |
Biblioqrafik təsvir | Əliquliyev , R.M. Fərdi məlumatların e-idarəetmə sisteminin sosial kredit sistemində tətbiqinin perspektivləri haqqında / R.M. Əliquliyev , I.Y. Ələkbərova // İnformasiya cəmiyyəti problemləri. - 2021. - N: №1. - S. 67–76. | Annotasiya | E-dövlət mühitində fərdi məlumatların e-idarəetmə sisteminin (FMEİS) tətbiqi dövlətin
informasiya məkanlarının təhlükəsizliklərinin təmin olunmasında, ölkə daxilində və beynəlxalq
səviyyədə cinayətkarlıqla mübarizədə, iqtisadi gücün artırılmasında mühüm əhəmiyyət kəsb edir.
FMEİS məxfiliklə əlaqəli riskləri ardıcıl olaraq müəyyənləşdirmək üçün ümumi prinsipləri
formalaşdırır və verilənləri düzgün idarə edir. Vətəndaşın davranışı və fərdi məlumatlarına əsasən
sosial kreditin qiymətləndirilməsi məsələsində FMEİS-in əhəmiyyətini müəyyən etmək üçün
məqalədə FMEİS-in qısa icmalı verilmiş, sistemin ümumi arxitektur sxemi işlənmişdir. FMEİS-in
səmərəli işini və təhlükəsizliyini təmin etmək üçün sistemdə toplanan və hər saniyə artan böyük
verilənlər (big data) problemi müəyyənləşdirilmişdir. Tədqiqatda verilənlərin səmərəli
toplanması, saxlanması və emalı üçün big data texnologiyalarının əhəmiyyəti göstərilmiş, bu
məqsədlə verilənlərin paylanmış emalı texnologiyasından istifadə təklif olunmuşdur. Araşdırmalar
nəticəsində FMEİS-in müasir e-dövlət mühitində əhəmiyyəti və gələcək perspektivləri
müəyyənləşdirilmişdir. Tədqiqatda sistemləşdirmə, təsnifatlandırma, ümumiləşdirmə və
müqayisəli analiz metodları istifadə edilmişdir. Tədqiqatdan əldə edilən nəticələr e-dövlətin daha
səmərəli idarə olunmasında istifadə oluna bilər.
| Elektron variant | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|