Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Ocaqverdiyeva , S.S. Azərbaycanda Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılması: problemlər və perspektivlər / S.S. Ocaqverdiyeva // İnformasiya cəmiyyəti problemləri. - 2021. - N: 1. - S. 138-149.
 Annotasiya
 İnternetdə uşaq və yeniyetmələrin təhlükəsizliyi problemi son illərin aktual mövzularındandır. Uşaq və yeniyetmələr virtual məkanda tez-tez təhlükələrlə üzləşirlər. Bu isə onların sağlamlığına, psixologiyasına və vətəndaş kimi düzgün inkişafına mənfi təsir göstərir. İnternet mühitində təhlükəsizliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, uşaq, yeniyetmə və gənclərin kiberməkanda olan təhlükələr haqqında məlumatlandırılması məsələsi dövlətin informasiya təhlükəsizliyində əsas məsələlərdəndir. Bununla əlaqədar olaraq, ölkələrdə milli informasiya təhlükəsizliyi strukturları yaradılır, tədqiqatçılar tərəfindən kibertəhlükələrin yaratdığı mənfi nəticələr təhlil edilir, monitorinqlər aparılır, proqnozlar verilir və həm dövlət, həm də beynəlxalq müstəvidə ciddi hüquqi sənədlər qəbul edilir. Tədqiqatın məqsədi informasiya təhlükəsizliyi, kibercinayətkarlıq və virtual məkanda mövcud olan təhlükələrin qarşısının alınması və bu tipli digər məsələlərin həlli üçün Azərbaycanda Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılmasının vacibliyini göstərməkdir. Tədqiqatda uşaqların kibertəhlükəsizliyinin təmin olunması üçün bir sıra ölkələrdə Milli Təhlükəsiz İnternet Mərkəzlərinin fəaliyyəti araşdırılmış, işlərində meydana çıxan problemlər analiz olunmuşdur. İşdə müqayisəli təhlil və sistemli yanaşma metodlarından istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr elektron dövlət mühitində, virtual məkanda uşaq və yeniyetmələrin İnternet təhlükələrdən qorunması üçün Milli Təhlükəsiz İnternet Mərkəzinin qurulması və səmərəli fəaliyyəti üçün əhəmiyyətlidir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu