Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - məqalə |
Biblioqrafik təsvir | Mahmudov , R.Ş. Big Data bazarının bəzi xüsusiyyətləri və problemləri haqqında / R.Ş. Mahmudov // İnformasiya Cəmiyyəti Problemləri. - 2021. - N: 1. - S. 77–87. | Annotasiya | “XXI əsrin nefti” adlandırılan Big Data-nın dövlət idarəetməsində, müxtəlif iqtisadi sferalarda
tətbiqi böyük perspektivlər vəd edir. Bu mütərəqqi texnologiya dövlət idarəetməsində effektivliyin,
iqtisadiyyatda keyfiyyətin və gəlirlərin artmasına böyük təsir göstərir. Big Data-nın gəlirli sahə
olması, ona olan böyük tələbat bu sahənin spesifik iqtisadi fəaliyyət istiqaməti kimi formalaşmasını
və inkişafını şərtləndirir. Lakin Big Data yeni və spesifik iqtisadi fəaliyyət sahəsi olduğu üçün onun
həll edilməli olan bir sıra elmi-nəzəri problemləri mövcuddur. Həmin problemlərdən biri də Big
Data bazarının fəaliyyəti ilə bağlıdır. Məqalədə Big Data bazarı üçün xarakterik olan bəzi
xüsusiyyətlər və problemlər araşdırılır. Big Data bazarının predmeti olan verilənlərin iqtisadi
aktiv və istehsal amili kimi unikal cəhətləri müəyyənləşdirilir. Verilənlərin ənənəvi iqtisadi
aktivlərdən və istehsal amillərindən fərqləndirən xüsusiyyətləri göstərilir. Big Data bazarında
ticarətin bir sıra özünəməxsus xüsusiyyətləri və problemləri mövcuddur. Tədqiqat işində həmin
özəlliklər təsnifləşdirilir və xarakterizə edilir. O cümlədən bir neçə mülkiyyətçinin verilənləri ilə
ticarət, ticarətin ədalətliliyi və dürüstlüyü, konfidensiallığın qorunması, verilənlərin keyfiyyəti, Big
Data-nın əlyetərliliyi kimi məsələlərə aydınlıq gətirilir. Həmçinin Big Data bazarında qiymətlərin
müəyyənləşdirilməsi strategiyaları, metodları, şirkətlərin qiymət siyasətləri şərh olunur. Müvafiq
qiymətlərin müəyyən edilməsini çətinləşdirən verilənlərin mənbələrinin müxtəlifliyi, verilənlərin
idarə edilməsinin mürəkkəbliyi, verilənlərin fərqliliyi kimi problemlər müəyyənləşdirilir. Big Data
bazarının əsas xüsusiyyətlərindən olan rəqabət, inhisarçılıq və qeyri-şəffaflıq məsələləri də
məqalədə geniş şərh olunur, həmin problemləri yaradan amillər göstərilir. Bunlardan başqa,
məqalədə qlobal Big Data bazarının bütövlyünün qorunmasına əngəl olan problemlər analiz və
klassifikasiya olunur. Tədqiqat işində iqtisadi tədqiqatlara sistemli yanaşma, müqayisəli analiz,
iqtisadi kompozitiv və mücərrəd-məntiqi metodlardan istifadə edilmişdir. Məqalədə əldə edilən
nəticələr Big Data bazarının elmi-nəzəri problemlərinin həlli, həmçinin bu bazarın formalaşması
və tənzimlənməsi məsələlərində istifadə edilə bilər. | Elektron variant | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|