Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Məmmədova , M.H. Industry 4.0 şəraitində əmək bazarının intellektual idarə olunmasına metodoloji yanaşma / M.H. Məmmədova , Z.Q. Cəbrayılova // İnformasiya texnologiyaları problemləri. - 2021. - N: 1. - S. 70-82.
 Annotasiya
 Məqalədə dinamiki dəyişən əmək bazarında tələb və təklifin intellektual idarə olunması üçün metodoloji yanaşma işlənilmişdir. İndusrty 4.0 tətbiqi ilə peşələrin strukturunun dəyişməsi, bir sıra peşə və ixtisasların “köhnəlməsi” və sıradan çıxması, yenilərinin meydana gəlməsi əmək bazarının idarə olunmasında prioritetli peşə qruplarının və ixtisasların təyin edilməsini şərtləndirir. Yeni peşə və ixtisaslar, oz növbəsində, yeni bilik, vərdiş və bacarıqların mənimsənilməsini tələb edir. Bu, təhsilin strukturu ilə əmək bazarında lazımi profillər üzrə mütəxəssislərə olan tələb arasında uyğunsuzluq yaradır, müxtəlif profillər üzrə mütəxəssislərə olan tələb və təklifin qiymətləndirilməsi metodlarının işlənilməsini aktuallaşdırır. Əmək bazarında peşə qruplarının və ixtisasların prioritetliyinin təyini üçün qeyri-səlis çoxkriteriyalı modelə istinad etməklə çoxkriteriyalı qərar qəbulu metodları işlənilmiş, bu prioritetlər üzrə tələb və təklifin qeyrisəlis situasiya modelləri əsasında onların uyğunlaşdırılması qeyri-səlis obrazların tanınması məsələsinə gətirilmişdir. Tələb və təklifin mümkün qarşılıqlı əlaqə ssenariləri üzrə onların uyğunlaşdırılması qərarlarının qəbulunun dəstəklənməsi metodları və alqoritmləri işlənilmişdir. Təklif edilən yanaşma innovasiyalı iqtisadiyyatın inkişafını, işəgötürənlərin yeni peşə, ixtisas və kompetensiyalara tələblərini nəzərə almaqla əmək bazarında real vəziyyəti qiymətləndirməyə imkan verən, prioritetli peşə qrupları və ixtisaslar üzrə tələb və təklifin uyğunluğu ilə bağlı qərarların qəbulunu dəstəkləyən sistemin riyazi-metodoloji əsasını təşkil edir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu