Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - məqalə |
Biblioqrafik təsvir | Mahmudova , R.Ş. Fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin bəzi aspektləri haqqında / R.Ş. Mahmudova // İnformasiya Cəmiyyəti Problemləri. - 2021. - N: 1. - S. 56–66. | Annotasiya | Məqalədə fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin bəzi aspektləri
araşdırılır. İnformasiya təhlükəsizliyi problemlərinə texnoloji və humanitar aspektdən yanaşmalar
təhlil edilir. İnformasiya sistemlərində toplanan informasiyanın, o cümlədən sirr daşıyan
məlumatların mühafizəsi, fərdi məlumatların qorunması kimi problemlərin həlli texnoloji üsul və
vasitələrlə yanaşı insan faktorundan asılı olduğu üçün informasiya təhlükəsizliyi mədəniyyətinin
öyrənilməsi olduqca aktualdır. Bu baxımdan fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi ilə
bağlı müxtəlif problemlər (informasiya bolluğunun yaratdığı problemlər, informasiya
“çirklənməsi” problemləri, fərdi və kütləvi şüurun manipulyasiyası, kibercinayətlər, fərdi
məlumatların qorunması, informasiya müharibələri, kiberxəstəliklər və s.) araşdırılır və bu
problemlərin aradan qaldırılmasında informasiya təhlükəsizliyi mədəniyyətinin rolu
əsaslandırılır. Müxtəlif yanaşmaların təhlili əsasında informasiya təhlükəsizliyi mədəniyyətinin
mahiyyəti və tərkib hissələri analiz olunur. İnformasiya təhlükəsizliyi mədəniyyətinin texnoloji,
informasiya-psixoloji və hüquqi-etik aspektləri araşdırılır və müəyyən təkliflər verilir. İşin yerinə
yetirilməsində analiz və sintez, müqayisə, ümumiləşdirmə, sistemli yanaşma metodlarından
istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr informasiya təhlükəsizliyi problemlərini
araşdıran tədqiqatçılar, informasiya təhlükəsizliyi fənnini tədris edən müəllimlər tərəfindən
mənbə kimi istifadə oluna bilər. | Elektron variant | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|