Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Məmmədova , M.H. Hepatosellular karsinomanın mərhələlərinin təyini üçün intellektual sistemin işlənilməsi prinsipləri / M.H. Məmmədova , Z.Q. Cəbrayılova , M.I. Manaflı // İnformasiya texnologiyaları problemləri. - 2021. - N: 1.- S. 3-14.
 Annotasiya
 Məqalədə qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılan hepatosellular karsinomanın (HSK) mərhələlərinin təyini üçün həkim qərarlarının qəbulunu dəstəkləyən sistemin yaradılması prinsipləri təklif edilmişdir. HSK kritik vəziyyətlərin kliniki hallar toplusu ilə xarakterizə olunur, bunların da hər biri kliniki əlamətlər çoxluğu ilə təyin edilir. HSK-nın konkret kliniki halı əlamətlərin müxtəlif kombinasiyaları ilə ifadə olunur, bu kombinasiyalar mümkün situasiyaların çoxvariantlılığını şərtləndirir. HSK-nın mərhələlərinin təyini mümkün situasiyalar çoxluğunun verilmiş siniflər üzrə təsnifləndirilməsini tələb edir və xəstəliyin müalicəsi sxeminin seçilməsinin əsasını təşkil edir. Çoxvariantlı situasiyalar şəraitində yol verilə biləcək həkim səhvlərinin qarşısının alınması məqsədilə HSK-nın mərhələlərinin təyini üçün intellektual sistemin işlənilməsi məsələsi qoyulmuşdur. İntellektual sistemlərin işlənilməsi metodologiyasına uyğun olaraq HSK-nın mərhələlərinin təyini məsələsinin konseptual modeli təklif olunmuş, əsas anlayışlar, onlar arasında qarşılıqlı əlaqələr müəyyənləşdirilmişdir. Əldə olunan ekspert biliklərinin sistemə transformasiyası üçün biliklərin təsvirinin produksiya modelindən istifadə olunmuş, bilik bazasını formalaşdıran qaydalar işlənilmişdir. HSK-nın mərhələlərinin təyini intellektual sisteminin strukturu işlənilmiş, onu təşkil edən blokların iş prinsipi göstərilmişdir. Delphi2009 proqramlaşdırma platformasında reallaşdırılan sistemin interfeysi və qərarların qəbul olunması mexanizmi təsvir edilmişdir. HSK-nın mərhələlərinin təyini üçün işlənilmiş intellektual sistem diaqnoz-müalicə qərarlarının qəbulu prosesində həkimlərə dəstək göstərmək üçün istifadə oluna bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu