Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - məqalə |
Biblioqrafik təsvir | Ələkbərov , R.Q. Bulud əsaslı elektron dövlət sistemi: mövcud vəziyyəti, problemləri və təhlükəsizlik məsələləri / R.Q. Ələkbərov // İnformasiya Cəmiyyəti Problemləri. - 2021. - N: 1. - S. 18–31. | Annotasiya | Məqalə bulud texnologiyalarının elektron dövlət (e-dövlət) sistemində istifadəsi məsələlərinə həsr
olunmuşdur. Son dövrlərdə vətəndaşlar və dövlət qurumları e-dövlət sisteminin xidmətlərindən
geniş istifadə edirlər. Bu isə hökumətin e-dövlət sisteminin yeni informasiya texnologiyaları
əsasında qurulmasını tələb edir. Digər tərəfdən, təşkilatların öz şəbəkə infrastrukturunu
genişləndirmək üçün istifadə etdiyi informasiya-telekommunikasiya avadanlıqlarının qiymətləri
yüksəlir və əlavə xərclərə tələb yaranır. Eyni zamanda, e-dövlət sistemində elektron xidmətlərin
(e-xidmət) sayının sürətlə artması vətəndaş və dövlət qurumları arasında məlumat mübadiləsinin
genişlənməsinə və mürəkkəbliyinə gətirib çıxarır. Bulud texnologiyaları əsasında yaradılan edövlət modeli ölkənin iqtisadi və ictimai-siyasi inkişafına, həyat səviyyəsinin yüksəldilməsinə və
demokratiyanın inkişafına böyük imkanlar yaradır. Qeyd edilənlərlə əlaqədər olaraq, məqalədə
e-dövlət sisteminin səmərəli idarə edilməsi, istifadəçilərin keyfiyyətli xidmətlə təmin olunması və
vətəndaş-dövlət strukturları arasında qarışılıqlı əlaqənin səmərəliliyinin artırılması üçün bulud
texnologiyalarından istifadə edilməsi təklif edilmişdir. Məqalədə e-dövlət sisteminin
qiymətləndirilməsi, e-dövlətin məqsədi, mövcud e-dövlətin istifadəsində meydana çıxan
problemlər, bulud texnologiyalarının konsepsiyası, modelləri və xidmətləri analiz və tədqiq
edilmişdir. Eyni zamanda, bulud əsaslı e-dövlət sisteminin vətəndaşlar və dövlət qurumları üçün
yaratdığı üstünlüklər, problemlər və təhlükəsizlik məsələləri geniş təhlil olunmuşdur.
| Elektron variant | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|