Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
ITI əməkdaşlarının elmi işləri - məqalə |
Biblioqrafik təsvir | Ələkbərov , R.Q. Mobil bulud texnologiyaları: mövcud vəziyyəti, problemləri və təhlükəsizlik məsələləri / R.Q. Ələkbərov // İnformasiya Texnologiyaları Problemləri. - 2021. - N: 1. - S. 15–32. | Annotasiya | Məqalədə mobil qurğularda böyük hesablama və yaddaş resursları tələb edən məsələlərin həllində
meydana çıxan problemlər (resurs qıtlığı və enerji sərfiyyatı) analiz edilmişdir Bu problemləri
aradan qaldırmaq üçün mobil hesablama buludları (MHB) texnologiyalarından geniş istifadə
olunması qeyd edilmişdir. Mobil buludların müxtəlif arxitektur-texnoloji prinsipləri analiz edilmiş
və onların üstünlükləri göstərilmişdir. Hesablama buludlarının (HB)-nin modelləri, xidmətləri,
xüsusiyyətləri və üstünlükləri göstərilmişdir. MHB-nin mövcud vəziyyəti, imkanları, meydana
çıxan problemlər və onların həlli üçün təklif və tövsiyələr verilmişdir. Eyni zamanda, MHB-də
təhlükəsizlik və məxfilik məsələləri analiz edilmişdir. Mobil istifadəçilərə böyük hesablama
resursları tələb edən məsələlərin həllinə imkanlar yaradan cloudletəsaslı MHB-dən istifadə
edilməsi təklif edilmişdir. Eyni zamanda cloudletəsaslı iyerarxik strukturlu MHB-nin arxitekturtexnoloji prinsipləri işlənmiş və onun üstünlükləri göstərilmişdir. Təklif edilən modelin mobil
qurğuların hesablama və yaddaş resurslarına olan tələbatını təmin etməsi, şəbəkədə əlaqə
kanallarının ötürücülük qabiliyyətinin artırılması, gecikmələrin aradan qaldırılması və
təhlükəsizliyin təmin edilməsi qeyd edilmişdir | Elektron variant | Elektron variant |
|
________
© ict.az http://ict.az/az
|
|