Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Haşımova , K.K. İnternet məkanında reklam-marketinqin səmərəliliyinin artırılmasında sentiment analiz texnologiyalarının tətbiqi haqqinda / K.K. Haşımova // İnformasiya Cəmiyyəti Problemləri. - 2020. - N: 2. - S. 116–124.
 Annotasiya
 Məqalədə sentiment analiz texnologiyaları araşdırılmış, istehlakçı və istehsalçı arasında münasibətlərin analizində əsas göstəricilər müəyyənləşdirilmişdir. İnternet resurslarının artan həcminin əhval-ruhiyyəyə və satışa təsiri araşdırılmışdır. Müxtəlif kateqoriyalı insanların eyni məhsula müxtəlif yanaşma tərzi və sosial şəbəkələrdə müraciətlərə görə müştərilərin maraqları NetBase Insight Composer platforması vasitəsi ilə araşdırılmışdır. Müasir dövrdə biznes sektoru, reklam-marketinq sahələri informasiya texnologiyalarının imkanlarından istifadə etməklə inkişaf etdirilir. İnternet mühitində onlayn marketinq saytlarının hazırlanmasında, sosial şəbəkələr vasitəsilə məhsul satışında, turizm sektoru, həmçinin digər sahələrin inkişafında sentiment analizin özünə məxsus yeri vardır. Tərəflərin münasibət qurmasında əhval ruhiyyənin önəmli olduğunu nəzərə alaraq internet resursları üzərində sentiment analiz metodları araşdırılmışdır. Müəyyən edilmişdir ki, sentiment analiz metodlarının tətbiqi reklam-marketinqin səmərəliliyinin artırılmasında rol oynamışdır. Reklam və marketinq sahəsində aparılan araşdırmaları iqtisadiyyatın inkişafına müsbət təsir göstərir. Məqalənin hazırlanmasında mövzu üzrə problemlərin və onların həll yollarının elmi analizi, nəticələrin ümumiləşdirilməsi və sistemli yanaşma metod və metodologiyalarından istifadə edilmişdir. Tədqiqat nəticələrindən məlum olur ki, internet məkanında reklam-marketinqin səmərəliliyinin artırılması üçün sentiment analiz texnologiyalarının tətbiq perspektivləri öyrənilməlidir. Ölkədaxili onlayn alış-veriş saytlarına diqqəti artırmaqla daha çox nailiyyət ədə etmək, reklam və marketinq sahəsində alıcı auditoriyasını genişləndirməklə iqtisadiyyatın inkişafına nail olmaq olar., Əgər məhsulları xarici saytlardan deyil yerli saytlar vasitəsi ilə əldə etmək mümkündür. Bu yolla ölkədən valyuta axınının qarşısını almaq, daxili bazarın keyfiyyətini artırmaq, əhalinin rifah halını yüksəltmək mümkündür
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu