Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Ocaqverdiyeva , S.S. Veb-kontentin filtrasiyası məsələləri / S.S. Ocaqverdiyeva // İnformasiya Cəmiyyəti Problemləri. - 2020. - N: 2. - S. 80–88.
 Annotasiya
 İnformasiya bolluğu şəraitində İnternet mühitində istifadəçilərin zərərli məlumatlardan (aqressiya, terrorizm, pornoqrafiya, ekstremizm və s.) qorunması problemi son illər daha da aktuallaşmış və dünyadakı sosial-iqtisadi proseslərə təsiri getdikcə artmışdır. Zərərli məlumatlardan qorunmaq, onların mənbəyini aşkarlamaq, veb-kontentin zərərli olmasını müəyyən etmək üçün müxtəlif elmi yanaşmalar və texnologiyalar mövcuddur. Məqalədə zərərli veb-kontenti aşkarlamaq üçün geniş tətbiq olunan kontent-filtrasiya metodunun mahiyyəti və tətbiqinin əhəmiyyəti haqqında məlumat verilir, veb-kontentin filtrasiya səviyyələri müəyyənləşdirilir. Zərərli məzmuna malik olan veb-saytların bloklanması üçün statik və dinamik yanaşmaların mahiyyəti və onlar arasında olan fərq göstərilir. Tədqiqatın məqsədi virtual məkanda mövcud olan informasiya təhlükəsizliyi, kibercinayətkarlıq və bu tip digər məsələlərin həllində kontent-filtrasiya metodunun tətbiqi əhəmiyyətini və veb-resursların ziyanlı kontentdən təmizlənməsinin vacibliyini göstərməkdir. İşdə uşaqların zərərli məlumatlara girişini məhdudlaşdıran proqram vasitələrinin inkişafına yönəlmiş, İnternetdən daxil olan informasiya trafikindən uyğunsuz məzmunun seçilməsi, süzülməsi və istifadəçiyə təqdim edilməsinin qarşısının alınması üçün analiz, müqayisəli təhlil və sistemli yanaşma metodlarından istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr elektron dövlət platformasında təhsil müəssisələrində, Milli Təhlükəsiz İnternet mərkəzlərində və s. məkanlarda uşaqların zərərli informasiyadan qorunması üçün istifadə edilə bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu