Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Ələkbərov , R.Q. Ətraf mühitin akustik küy çirklənməsi: problemlər və həllər / R.Q. Ələkbərov , B.S. Ağayev // İnformasiya Cəmiyyəti Problemləri. - 2020. - N: 1. - S. 26–37.
 Annotasiya
 Məqalə ətraf mühitin akustik küy çirklənməsi problemlərinə və həlli yollarının araşdırılmasına həsr edilmişdir. Bu problemlərin həllinin aktuallığı və qlobal əhəmiyyəti BMT-nin dünyanın gələcək dayanıqlı inkişafı və ekoloji problemlərin həllinə aid “Dayanıqlı inkişaf konsepsiyası”-na və digər nüfuzlu təşkilatların hesabatlarına istinad edilərək əsaslandırılır. Xüsusilə, akustik küy çirklənməsinin ətraf mühit və insan sağlamlığı üçün yaratdığı potensial təhlükələrin şərhinə xüsusi diqqət yetirilir. Akustik küyün təhlükəsizlik amilinə əsaslanan təsnifatı təklif edilmişdir. Küyün fiziki mahiyyəti, insan sağlamlığı üçün yaratdığı potensial təhlükələr, küy parametrlərinin normalaşdırılması problemləri və normaları, küylə bağlı münasibətləri tənzimləyən beynəlxalq, regional və milli qanunvericilik aktlarının əsas müddəalarının müqayisəli təhlilinin qısa şərhi verilmiş, küy monitorinqi prosesi, küy parametrlərinin ölçülməsi və hesablanması texnikası, monitorinq nəticələrindən istifadə etməklə ərazinin küy xəritələrinin tərtib edilməsi metodikası araşdırılmışdır. Respublikamızın ekoloji hüquq sferasında akustik küyün idarə edilməsi məsələlərinə aid qanunvericilik bazasının formalaşdırılması aktuallığı əsaslandırılır. Bakı şəhərinin bəzi obyektlərində küy çirklənməsi vəziyyətinin müəyyənləşdirilməsi istiqamətində aparılmış ilkin monitorinqin nəticələri haqqında qısa məlumat verilir. Bu məqsədlə monitorinq sistemlərinin IoT texnologiyaları bazasında yaradılmasının daha məqsədəuyğun olması əsaslandırılmışdır. Məqalənin hazırlanmasında mövzu üzrə problemlərin və onların həll yollarının elmi analizi, nəticələrin ümumiləşdirilməsi (sintezi) və sistemli yanaşma metod və metodologiyalarından istifadə edilmişdir. Tədqiqat nəticələrindən diskomfort küy zonalarının aşkarlanması məqsədilə akustik küy monitorinqinin aparılmasında, monitorinq nəticələrinə əsasən ərazinin küy xəritələrinin tərtib edilməsində, ətrafın küy çirklənməsinin azaldılması üçün müvafiq mühafizə tədbirlərinin həyata keçirilməsi işində istifadə etmək olar.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu