Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliquliyev , R.M. Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri. / R.M. Əliquliyev , Y. Cəfərov , Ə.M. Qurbanova // İnformasiya cəmiyyəti problemləri . - 2020. - N: 2.- S. 3-11.
 Annotasiya
 Azərbaycanın qlobal informasiya məkanına sürətlə inteqrasiyası bir çox taleyüklü məsələlər kimi ad və soyad sistemi və milli identiklik məsələlərinin araşdırılmasını da zəruri edir. Məqalə vətəndaşların adlandırılması sistemi və milli identiklik məsələlərindən bəhs edir. Azərbaycanda vətəndaşların adlandırılması ilə bağlı mövcud problemlər araşdırılmışdır. Qloballaşma dövründə, informasiya cəmiyyəti mühitində bu problemlərin mümkün həlli yolları nəzərdən keçirilmişdir. Azərbaycan vətəndaşlarının ad və soyadlarının, bu sahədə tarixi ənənələrin, ad strukturunun ətraflı təhlili aparılmışdır. Milli adlandırma sisteminin psixolinqvistik aspektləri önə çəkilmişdir. Ad və soyad sisteminin təkmilləşdirilməsi, ad komponenti standartlarının yenidən müəyyənləşdirilməsi, adlardakı təhrif hallarının aradan qaldırılması, adlara dair informasiya resurslarının yaradılması və onlardan istifadə mexanizmlərinin işlənib hazırlanması, transliterasiya standartlarının yaradılması kimi məsələlər aktual problem kimi müəyyənləşdirilmişdir. Bu sahədə xarici təcrübə araşdırılmışdır. Problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürülmüşdür.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu