Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliquliyev , R.M. E-dövlət mühitində sosial münasibətlərin analizi: imkanlar və perspektivlər. / R.M. Əliquliyev , I.Y. Ələkbərova // İnformasiya cəmiyyəti problemləri . - 2020. - N: 2. - S. 65-79.
 Annotasiya
 İnformasiya texnologiyalarının vətəndaşların gündəlik həyatına və davranışına intensiv, dinamik təsiri cəmiyyətdə yeni sosial münasibətlərin yaranmasına, ənənəvi münasibətlərdə müəyyən dəyişikliklərin baş verməsinə səbəb olmuşdur. Hər bir dövlətdə vətəndaşlar arasında münasibətlərin özünəməxsus strukturu mövcuddur. Elektron dövlətin (e-dövlət) səmərəli idarə olunması, ölkədə iqtisadi inkişafın və sabitliyin təmini üçün cəmiyyətdə sosial münasibətləri analiz etmək, təsnifatlandırmaq əsas şərtdir. Tədqiqatın məqsədi e-dövlətin formalaşmasında sosial münasibətlərin rolunun müəyyənləşdirilməsi və sosial münasibətlərin analizində səmərəliliyin əldə edilməsi üçün təkliflərin işlənməsidir. Məqalədə sosial münasibətlərin analizində istifadə olunan bəzi yanaşmalar və informasiya sistemləri araşdırılmış, sosial münasibətlər xüsusiyyətinə, forma və tipinə görə təsnifatlandırılmışdır. Sosial münasibətlərin qiymətləndirilməsi və səmərəli idarə olunması üçün kateqoriyalar üzrə həll sxemi işlənmiş, sosial münasibətlərin analizinin alt şəbəkələr üzrə aparılması təklif edilmişdir. Tədqiqatda sistemli yanaşma, qraflar nəzəriyyəsi və müqayisəli analiz metodlarından istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr e-dövlətin daha səmərəli idarə olunmasında istifadə oluna bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu