Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Şahverdiyeva , R.O. İnnovasiya strukturlarının fəaliyyət səmərələliyinin yüksəldilməsinin perspektiv istiqamətləri / R.O. Şahverdiyeva // İnformasiya cəmiyyəti problemləri. - 2020. - N: 1. - S. 103-118.
 Annotasiya
 Məqalə iqtisadiyyatın innovasiyalı inkişafının bəzi problemlərinin tədqiqinə həsr olunmuşdur. Burada əsas inkişaf mənbəyi kimi innovasiya strukturlarının fəaliyyət səmərəliliyinin yüksəldilməsinin konseptual perspektiv istiqamətlərinin müəyyənləşdirilməsinə baxılmışdır. İnnovativ strukturların fəaliyyətinin səmərəliliyinin mahiyyəti izah olunmaqla problemin qoyuluşu şərh edilmiş və onun tədqiq olunma vəziyyəti haqqında məlumat verilmişdir. İqtisadi inkişafda innovasiya strukturlarının rolu, əhəmiyyəti və fəaliyyət xüsusiyyətləri təhlil edilmişdir. İnnovasiya strukturlarının fəaliyyətinin idarə edilməsi üzrə “Web of Science” bazasında indeksləşən əsas nəşrlər üzrə toplanmış biblioqrafik informasiyanın vizual görünüşü VOSviewer tətbiq proqram paketi vasitəsilə təqdim olunmuşdur. Beynəlxalq innovasiya və iqtisadi indekslər üzrə Azərbaycanın mövcud vəziyyətinin təhlili aparılmışdır. İnnovasiya strukturlarında innovativ vəziyyətin monitorinqi sisteminin xüsusiyyətləri araşdırılmaqla innovasiya strukturlarının fəaliyyətinin effektivliyinin idarə edilməsi problemləri müəyyənləşdirilmişdir. İnnovasiya strukturlarında elmi-texniki-innovativ layihələrin effektiv qiymətləndirilməsi metodları göstərilmişdir. Onların informasiya təminatının təkmilləşdirilməsinin perspektiv istiqamətləri təklif olunmuşdur. “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi, “bulud” texnologiyasının tətbiqinin məqsədəuyğunluğu əsaslandırılmışdır. Həmçinin innovasiya strukturlarında məhsul/xidmət istehsalının təkmilləşdirilməsi üçün müvafiq yanaşma və modellər təklif olunmuşdur. Beynəlxalq iqtisadi təşkilatların innovativ müəssisələrin perspektiv fəaliyyətinin təşkili üzrə tövsiyələri nəzərə alınmaqla Azərbaycanda innovativ strukturların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin institutsional mexanizmləri araşdırılmışdır. İnnovasiya strukturlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində 4-cü və 5-ci sənaye inqilablarının tətbiqi perspektivləri göstərilmişdir. Həmin istiqamətdə formalaşan innovativ strukturların fəaliyyət səmərəliliyinin yüksəldilməsi üzrə kompleks xarakterli tövsiyə və təkliflər verilmişdir. İnnovasiya strukturlarının fəaliyyət səmərəliliyinin yüksəldilməsi proseslərinin modelləşdiriliməsi üçün sistemli analiz, korrelyasiya və reqressiya analizi, ekonometrik modelləşdirmə üsul və vasitələri tətbiq olunmuşdur. İnnovasiya strukturlarında idarəetmə proseslərinin təkmilləşdirilməsi üçün təklif olunan yanaşma və modellər digər strukturlarda tətbiq oluna bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu