Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliquliyev , R.M. İqtisadi inkişafın inklüzivlik xüsusiyyətləri və onun formalaşması səviyyəsinin qiymətləndirilməsinin metodoloji əsasları / R.M. Əliquliyev , Ə.Q. Əliyev // İnformasiya cəmiyyəti problemləri. - 2020. - N: 1. - S. 46-63.
 Annotasiya
 Hazırkı dövrün kompleks təhlili cəmiyyətin və iqtisadiyyatın inkişaf dinamikasında və onun qiymətləndirilməsində bəzi ziddiyyətlərin olmasını göstərmişdir. Bu ziddiyyətlər cəmiyyət həyatının daha vacib sahələrinə diqqət yetirməyi tələb etmişdir. Təqdim olunan iş də iqtisadi inkişafın inklüzivlik xüsusiyyətlərinin təhlili, onun formalaşma səviyyəsinin qiymətləndirilməsi və yüksəldilməsinin metodoloji problemlərinin tədqiqi haqqındadır. Məqalədə cəmiyyətin və iqtisadiyyatın yeni inkişaf meylləri və istiqamətləri konteksində onun inklüziv inkişafının əhəmiyyəti və xüsusiyyətləri şərh olunmuşdur. İqtisadi inkişafın qiymətləndirilməsi üçün onun elmi-nəzəri əsaslarına yeni baxışın zəruriliyi əsaslandırılmışdır. Bu istiqamətdə inklüziv inkişaf problemləri üzrə mövcud elmi-tədqiqat işlərinin analizi aparılmışdır. Cəmiyyətin inklüziv inkişafını xarakterizə edən çoxsəviyyəli indikatorlar və subindekslər sistemi təklif olunmuşdur. İndikatorlar sisteminə kompleks yanaşma əsasında həm mikro səviyyədə mövcud olan statistik informasiya, həm də hesabatlara birbaşa daxil olmayan göstəricilər əlavə edilmişdir. İnklüziv cəmiyyətin və iqtisadiyyatın formalaşması səviyyəsinin milli və beynəlxalq səviyyədə qiymətləndirilməsi məsələləri araşdırılmışdır. Azərbaycanda milli inklüziv inkişaf indeksinin formalaşdırılmasına və inkişafın inklüzivliyinin beynəlxalq səviyyədə qiymətləndirilməsinə diqqət yetirilmişdir. Tədqiqatlar nəticəsində inklüzivlik səviyyəsinin qiymətləndirilməsinin metodoloji əsasları şərh olunmuş və metodika işlənilmişdir. Beynəlxalq səviyyədə təklif olunan metodikalardan əhatəlilik baxımından xeyli dərəcədə fərqlənən bu metodika vasitəsilə cəmiyyətin və iqtisadiyyatın inklüzivlik səviyyəsi daha effektiv hesablana bilər. İqtisadi inkişafın inklüzivlik səviyyəsinin yüksəlməsinə təsir edən amillər göstərilmiş və bəzi tövsiyələr verilmişdir. Həmin tövsiyələrin nəzərə alınması ölkə iqtisadiyyatının inkişafına səbəb ola bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu