Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliquliyev , R.M. İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm komponenti kimi / R.M. Əliquliyev , Y.N. Imamverdiyev , R.Ş. Mahmudov // İnformasiya cəmiyyəti problemləri. - 2020. - N: №1.- S. 3–25.
 Annotasiya
 Məqalədə milli təhlükəsizliyin mahiyyətinə, məzmununa dair müxtəlif yanaşmalar araşdırılır. Milli təhlükəsizliyin vəzifələri, təmin olunması metodları şərh olunur. Milli təhlükəsizliyin obyekti olan həyati vacib maraqlar, müxtəlif sahələr təsnif edilir. Bu təsnifata uyğun olaraq milli təhlükəsizliyin ictimai-siyasi təhlükəsizlik, hərbi təhlükəsizlik, informasiya təhlükəsizliyi, qida təhlükəsizliyi, enerji təhlükəsizliyi, təhsil sisteminin təhlükəsizliyi, elmi-texnoloji təhlükəsizlik, səhiyyə sisteminin təhlükəsizliyi, nəqliyyat sisteminin təhlükəsizliyi, ekoloji təhlükəsizlik, KİV-in təhlükəsizliyi, mədəni-mənəvi təhlükəsizlik kimi komponentləri fərqləndirilir. İKT-nin inkişafı, informasiya təhlükəsizliyinin formalaşması ilə əlaqədar milli təhlükəsizlik sistemində informasiya cəmiyyətinin artan rolu və vəzifələri göstərilir. Həmçinin informasiya təhlükəsizliyi ilə milli təhlükəsizliyin digər komponentləri arasında qarşılıqlı münasibətlər analiz edilir. Hər bir milli təhlükəsizlik komponentində İKT-nin tətbiq sahələri, informasiya təhlükəsizliyi təhdidləri müəyyən edilir və onların aradan qaldırılması yolları göstərilir. İşin yerinə yetirilməsində analiz və sintez, müqayisə, ümumiləşdirmə, sistemli yanaşma metodlarından istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr informasiya cəmiyyəti şəraitində milli təhlükəsizlik üzrə yeni konsepsiyaların, strategiyaların və digər normativ sənədlərin hazırlanması üçün istifadə edilə bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu