Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əsgərov , F.Ş. Kitabxana İdarəetmə Sistemlərinin mövcud vəziyyəti və problemləri / F.Ş. Əsgərov , R.Ş. Həsənova // İnformasiya Cəmiyyəti Problemləri. - 2020. - N: 1. - S. 128–133.
 Annotasiya
 Hazırda kitabxana-informasiya mühitində kitabxanaçıların və oxucuların tələblərinə cavab verən Kitabxana İdarəetmə Sisteminin (KİS) seçilməsi ən vacib məsələlərdən biridir. Məqalədə elektron kitabxanalarda istifadə olunan beynəlxalq KİS-lərin təhlili verilir. Bundan əlavə KİS-lər tətbiq olunduqları sahələr üzrə də qiymətləndirilir. Müxtəlif ölkələrin istehsalı olan Alephino, Destiny, Millenium, IRBIS-64, Virtua, Alexandria, ResourceMate, Mandarin və s. KİS-lərinin imkanları analiz edilmiş, üstün və çatışmayan cəhətləri araşdırılmışdır. Buraya həmçinin Azərbaycanda fəaliyyət göstərən elektron kitabxanalarda tətbiq olunan KİS-lər də daxildir. Tədqiqat zamanı KİS-lərdə tətbiq olunan MARC-21 standartı və SIP2, Z39.50 protokolları, onların imkanları da analiz edilmişdir. Kitabxana işinin yüksək səviyyədə təşkili və KİS-lərin təkmilləşdirilməsi üçün müvafiq təkliflər irəli sürülür. Məqalədə sistemli yanaşma, sistemli analiz metodlarından istifadə olunaraq KİS-lərin vəziyyəti və mövcud problemləri araşdırılmışdır. Məqalə bu və ya digər KİS-i elektron kitabxanasında tətbiq etmək istəyən istənilən elmi müəssisə və ya təşkilat tərəfindən istifadə oluna bilər.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu