Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Imamverdiyev , Y.N. Bitkonin Qiymətinin Proqnozlaşdırılması üçün Dərin LSTM Metodu / Y.N. Imamverdiyev // İnformasiya texnologiyaları problemləri. - 2020. - N: №1. - S. 82–89.
 Annotasiya
 Məqalədə Bitkoinin mübadilə kursunu proqnozlaşdırmaq üçün dərin neyron şəbəkə arxitekturası təklif olunur. Arxitekturanın əsasını rekurrent neyron şəbəkələrinin bir növü olan LSTM (ing. Long-Short Term Memory) təşkil edir. Son dövrlər kriptovalyutalar əhəmiyyətli maliyyə alətinə çevriliblər və bu səbəbdən onların ənənəvi valyutalara mübadilə kurslarının proqnozlaşdırılması məsələsi olduqca aktuallıq qazanmışdır. Bitkoin ilk kriptovalyutadır, hazırda kriptovalyutaların ümumi bazar kapitallaşmasının yarıdan çoxu ona məxsusdur və kriptovalyuta dünyasının “qızılı” rolunu oynayır, yəni digər kriptovalyutaların qiyməti çox zaman Bitkoin ilə ifadə edilir. Məhz bu səbəbdən Bitkoin kursunun proqnozlaşdırılması məsələsinə baxılmışdır və bir neçə ili əhatə edən böyük həcmli real verilənlərlə eksperimentlərdə təklif edilmiş dərin LSTM yanaşması Bitkoin zaman sıralarının proqnozlaşdırılmasında geniş istifadə edilən statistik metodlarla müqayisədə daha üstün nəticələr göstərmişdir. Alınmış nəticələr həm kriptovalyutalarla ötəri maraqlanan adi istifadəçilər, həm də kriptovalyutalar sahəsində fəal işləyən investorlar üçün əhəmiyyətlidir. Əldə edilmiş nəticələr həmçinin dərin təlim yanaşmalarının kriptovalyutalara aid qeyri-stasionar zaman sıralarının intellektual analizinin digər məsələlərinə tətbiqində də kifayət qədər məhsuldar ola biləcəyini təsdiqləyir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu