Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Bayramova , T.A. Proqram mühəndisliyi standartların analizi / T.A. Bayramova // İnformasiya Cəmiyyəti Problemləri. - 2020. - N: 1. - S. 83–95.
 Annotasiya
 Proqram mühəndisliyinin inkişafı proqram təminatının işlənilmə prosesinin daha da dinamik və innovativ olmasını və onun hüquqi-iqtisadi bazasının gücləndirilməsini tələb edir. Sifarişçinin tələblərinə cavab verə biləcək keyfiyyətli proqram təminatının işlənilməsi üçün onun normativ bazası reqlamentləşdirilməli və standartlaşdırılmalıdır. Proqram təminatının həyat dövrü proseslərini əhatə edən yüzlərlə beynəlxalq standartlar mövcuddur. Məqalədə proqram mühəndisliyinin standartları təhlil edilmiş və proqram təminatının keyfiyyətinin idarə edilməsi üçün onların tətbiqinin vacibliyi vurğulanmışdır. Bu standartların tətbiq sahələri və proqram mühəndisliyi standartlarını işləyən əsas təşkilatlar haqda məlumat verilmişdir. Standartların proqram təminatının müxtəlif xarakteristikaları üzrə klassifikasiyaları göstərilmişdir. Peşəkar proqram mühəndislərinin hazırlanması prioritet sahələrdəndir. Onlar tədris müddətində proqram təminatının işlənilməsi, sənədləşdirilməsi, proqramların həyat dövrünün idarə edilməsi, menecment və s. bacarıqlara malik olmaq üçün geniş biliklər bazasına və bacarıqlara yiyələnməlidirlər. Bu məqsədlə beynəlxalq təşkilatlar tərəfindən bir neçə tədris standartı işlənilmişdir. Həmin standartlar araşdırılmış və Azərbaycanda milli tədrisin xüsusiyyətlərini nəzərə alaraq peşəkar proqram mühəndislərinin hazırlanması üçün beynəlxalq standartlar əsasında tədris proqramının işlənilməsinin aktuallığı vurğulanmışdır. Eyni zamanda, proqram mühəndislərinə bu sahə üzrə mövcud olan baza standartlarının, standartların profillərinin və onların tətbiqi məsələlərinin tədrisinin vacibliyi göstərilmişdir. Standartların işlənilməsi və tətbiqi üzrə dünyada mövcud olan təcrübəyə əsaslanaraq Azərbaycanda da proqram mühəndisliyi üzrə milli standartların işlənməsi və qəbul edilməsi tövsiyə edilmişdir.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu