Menyu
Avtorizasiya  
Login: 
Parol: 
ITI əməkdaslarının elmi isləri Elektron kitabxana Konfranslar İnformasiya Sistemi Qəzetlər UOT 004
eXTReMe Tracker
ITI əməkdaşlarının elmi işləri - məqalə


 Biblioqrafik təsvir
 Əliquliyev , R.M. Bulud texnologiyalarında yük balanslaşdırılması üçün çoxkriteriyalı optimallaşdırma üsulu / R.M. Əliquliyev , Y.N. Imamverdiyev , F.C. Abdullayeva // İnformasiya Texnologiyaları Problemləri. - 2017. - N: 2.- S. 3-15.
 Annotasiya
 Bulud texnologiyaları mühitində tapşırıqların planlaşdırılması prosesinin optimallaşdırılması çoxkriteriyalı NP-çətin (ing. NP-hard, nondeterministic polynomial) problemdir. Məqalədə bulud mühitində yükün balanslaşdırılması üçün “sürü” intellektinə əsaslanan optimallaşdırma alqoritminə (ing. Particle Swarm Optimization, PSO) əsaslanan çəkili 𝛼𝑃𝑆𝑂 − 𝑇𝐵𝐿𝐵 (ing. Task Based Load Balancing) üsulu təklif edilmişdir. Üsul bulud texnologiyaları mühitində virtual maşınlarda izafi yükləmə yaradan tapşırıqların yüklənmiş virtual maşınlardan münasib virtual maşınlara optimal miqrasiyasını təmin edir. Təklif edilmiş optimallaşdırma üsulunda tapşırıqların emal vaxtı və ötürülmə vaxtının minimallaşdırılması məqsəd funksiyaları kimi seçilmişdir. Təklif edilmiş yanaşmanın eksperimental yoxlanması Cloudsim və Jswarm proqramlarında aparılmışdır. Simulyasiya nəticəsində təklif edilmiş üsul əsasında tapşırıqların planlaşdırılması üçün optimal həll tapılmış, tapşırıqların Virtual Maşınlara (VM-lərə) bərabər paylanması təmin edilmiş və onların VM-lərə təyin edilməsi prosesinə olduqca az vaxtın sərf edilməsi əldə olunmuşdur.
 Elektron variant
Elektron variant

     ________
     © ict.az   http://ict.az/az
 
Copyright © 2009-2021 AMEA İnformasiya Texnologiyaları İnstitutu