| Menyu
ITI
əməkdaslarının elmi isləri
Elektron kitabxana
Konfranslar İnformasiya Sistemi
Qəzetlər
UOT 004
|
| ITI əməkdaşlarının elmi işləri - kitab |
| Biblioqrafik təsvir | | Məmmədova , M.H. Qarabağ və Şərqi Zəngəzurun demoqrafik profili. / M.H. Məmmədova . - Bakı : İnformasiya Texnologiyaları, 2025. - 452 s. - ISBN 978-9952-530-30-8 | | Annotasiya | |
Monoqrafiyada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə statistik,
inzibati, elmi və açıq rəsmi informasiya mənbələri əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında tarixən yaşamış əzəli əhalinin kompleks demoqrafik analizi aparılmışdır. 30 il
davam edən Ermənistan-Azərbaycan münaqişəsi dövründə baş vermiş insan itkilərinin miqyası,
səbəbləri və demoqrafik fəsadları araşdırılmış, məcburi kütləvi miqrasiyaya məruz qalmış
populyasiyanın demoqrafik dinamikasında baş vermiş meyillər və mövcud vəziyyət
müəyyənləşdirilmiş, demoqrafik fəsadların ölkənin ümumi əhalisinə təsirləri və xarakteri tədqiq
edilmişdir. Bu konteksdə hərbi qarşıdurmalarda demoqrafik amilin əhəmiyyəti və fəsadları təhlil
olunmuş, müharibələrin demoqrafik aspektlərinin tədqiqinə dair beynəlxalq təcrübə və elmi-
metodoloji yanaşmalar araşdırılmış, müasir çağırışlar fonunda demoqrafik potensialın hər bir
ölkənin milli təhlükəsizlik sistemində rolu, demoqrafik faktorla ölkənin milli təhlükəsizliyinin
əsas komponentləri arasında qarşılıqlı əlaqə və asılılıq nəzərdən keçirilmiş, demoqrafik
təhlükəsizliyin xüsusiyyətləri nəzərə alınaraq milli təhlükəsizlik sisteminin müasir çağırışlara
uyğunlaşdırılmış struktur sxemi təklif edilmişdir. Tarixi nöqteyi-nəzərdən Qarabağ əhalisinin
təbii etnodemoqrafik dinamikasının transformasiyasını şərtləndirən səbəb-nəticə əlaqələri və
süni etnodemoqrafik profilinin formalaşmasına təsir edən amillər təhlil olunmuş, iki əsr ərzində
bölgənin erməni və azərbaycanlı əhalisinin sayının dəyişmə tendensiyalarını əks etdirən tarixi
zaman sırasının vizuallaşdırması üçün metodiki yanaşma təklif edilmiş, vahid beynəlxalq
statistik verilənlər bazaları əsasında Azərbaycan və Ermənistan əhalisinin müasir demoqrafik
vəziyyətinin qiymətləndirilməsi və müqayisəli təhlili aparılmışdır. Qarabağ münaqişəsinin
demoqrafik fəsadları, o cümlədən kütləvi miqrasiya və müvəqqəti məskunlaşma problemləri
nəzərdən keçirilmiş, ən faciəli demoqrafik nəticə olan insan itkiləri tədqiqatda qəbul edilmiş beş
mərhələli xronoloji çərçivə üzrə sistemləşdirilmiş, münaqişənin aktiv və passiv fazalarını əhatə
edən zaman intervalları üzrə analiz olunmuşdur. Qarabağ və Şərqi Zəngəzurun əzəli əhalisinin
demoqrafik və tibbi-demoqrafik hadisələr və onların proyeksiyaları üzrə 30 illik dinamikasının
müfəssəl təhlili aparılmış, mövcud demoqrafik situasiya qiymətləndirilmişdir.
Monoqrafiya ölkənin, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi
inkişafının demoqrafik aspektlərinə dair elmi əsaslandırılmış məlumatların əldə edilməsində
maraqlı olan dövlət qurumlarının mütəxəssisləri, elmi işçilər, ali təhsil müəssisələrinin müəllim
və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. | | Elektron variant | | Yoxdur |
|
________
© ict.az http://ict.az/az
|
|